13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin olunub, onların vəkilləri və tərcüməçiləri iştirak ediblər. David Babayan özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bir daha bəyan edib. Davit İşxanyanın müdafiəçisi tərəfindən təqdim olunan müraciətlərə baxılıb və dövlət ittihamçısı onların əvvəlki apellyasiya şikayətinin məzmununu təkrarladığını bildirib. Məhkəmə vəsatətlərin təmin olunmaması barədə qərar qəbul edib. Daha sonra Arkadi Qukasyanın müdafiəçiləri hökmün ləğv olunmasını və bəraət qərarı çıxarılmasını istəyiblər. Növbəti məhkəmə iclası iyulun 10-da keçiriləcək.

7 İyul 2026 20:27
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

BAKI,VOA

İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə məhkəməyə sədrlik edən bildirib ki, ötən iclasda təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi vasitəsilə təqdim olunan vəsatətin tərcüməsi məhkəməyə təqdim edilib.

Daha sonra məhkəmə çıxışları davam etdirilib.

Çıxış edən David Babayan əvvəlki məhkəmə iclasında olduğu kimi, ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmədə bildirilib ki, təqsirləndirilən Davit İşxanyanın ərizələri müdafiəçisi vasitəsilə təqdim olunub. O, həmçinin müdafiəçisi ilə görüşmək istədiyini deyib. Məhkəməyə sədrlik edən onun müdafiəçisi ilə konfidensial görüş keçirməsi üçün şəraitin yaradılacağını qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov qeyd edib ki, müdafiə tərəfinin qaldırdığı məsələ üzrə mövqe artıq daha əvvəl ifadə olunub. Qeyd edilib ki, təqdim olunan apellyasiya şikayətinin məzmunu Davit İşxanyanın çıxışı və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti ilə mahiyyət etibarilə eynidir. Buna görə də hər hansı hüquq pozuntusunun baş verməsi barədə iddialar əsassızdır.

Prokuror məhkəmədən həmin iki abzasın apellyasiya şikayətinə əlavə kimi qəbul edilməsini və işə həmin şikayətlə birlikdə baxılmasını xahiş edib.

Zərərçəkmiş şəxslərin nümayəndələri dövlət ittihamçısı ilə razı olduqlarını bildiriblər.

Daha sonra məhkəmə vəsatətə münasibət bildirib. Məhkəmənin qərarına əsasən vəsatətlərdə qaldırılan məsələlər hazırkı mərhələdə baxılan işin predmeti və mahiyyəti ilə bağlı olmadığından təmin edilməyib.

Ardınca təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi ilə konfidensial görüş keçirməsi üçün iclasda fasilə elan edilib.

Fasilədən sonra təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçiləri çıxış edərək arqumentlərini səsləndirib, onun barəsində verilmiş hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmənin növbəti iclası iyulun 10-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Məqalədə: #Ermənistan #Anar Ələkbərov #Bakı Apellyasiya Məhkəməsi #məhkəmə #Arayik Harutyunyan #Bako Sahakyan #Arkadi Qukasyan #David Babayan #Levon Mnatsakanyan #Davit İşxanyan

Mövzu üzrə digər xəbərlər

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46

Son Xəbərlər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.