6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. İclas zamanı Davit İşxanyanın məhkəmə protokoluna dair təqdim etdiyi yazılı qeydlər araşdırılıb və iş materiallarına əlavə olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar və zərərçəkmiş şəxslərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ifadə ediblər. Davit İşxanyan və David Babayan məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər. David Babayanın müdafiəçisi hökmün ləğv edilməsini və bəraət qərarının qəbul olunmasını istəyib. Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.

3 İyul 2026 19:26
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

BAKI,VOA

İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri məhkəməyə təqdim olunub. Qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərcümə edilib, onların surətləri məhkəməyə və proses iştirakçılarına təqdim olunaraq iş materiallarına əlavə edilib.

Ardınca çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclası protokoluna verilmiş yazılı qeydlər məhkəmə tərəfindən araşdırılmalı, əsaslı hesab edildiyi halda təsdiqlənməli, əks halda isə onların rədd edilməsi barədə qərar qəbul olunmalıdır. İttiham tərəfi qeyd edib ki, müdafiə tərəfinin protokolla audioyazı arasında ziddiyyətə dair iddiası audioyazı ilə təsdiqini taparsa, qeydlər təsdiqlənməli, təsdiqlənmədiyi halda isə rədd edilməlidir. Bu əsasla məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul olunması xahiş edilib.

Zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclası protokollarına verilmiş qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini dəstəklədiklərini və bu məsələdə eyni mövqedən çıxış etdiklərini bildiriblər.

Daha sonra məhkəmə kollegiyası məhkəmə iclası protokolları ilə bağlı məsələyə dair qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə kollegiyası sözügedən qeydlərin təsdiq olunmasını və iş materiallarına əlavə edilməsini qərara alıb. Qeyd olunub ki, protokolların məzmununda hər hansı uyğunsuzluq aşkar edilməyib.

Bu baxımdan da məhkəmə müdafiə tərəfinin qeydlərinin iş materiallarına əlavə edilməsini qanuni və əsaslı hesab edir.

Təqsirləndirilən Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən isə ona vəsatətlərin təqdim olunması üçün müvafiq imkanın yaradılacağını deyib.

Daha sonra çıxış edən Davit İşxanyan qəbul edilmiş qərara görə təşəkkürünü bildirib.

Ardınca o, çıxışını davam etdirərək ötən iclasda söylədiyi kimi bir daha özünü təqsirkar saymadığını qeyd edib.

Sonra David Babayanın müdafiəçisi məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsin təqdim etdiyi apellyasiya şikayətinin tam əsaslı olduğunu bildirib.

O, çıxışında D.Babayan barəsində çıxarılmış hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Fasilədən sonra təqsirləndirilən Davit İşxanyanın vəsatəti müdafiəçisi vasitəsilə tərcüməçiyə təqdim edilib.

Daha sonra çıxış edən təqsirləndirilən David Babayan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
Məqalədə: #Ermənistan #Bakı Apellyasiya Məhkəməsi #Bako Sahakyan #Arkadi Qukasyan #David Babayan #Levon Mnatsakanyan #Davit İşxanyan #apellyasiya şikayəti

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17

Son Xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.