6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakıda Hindistanda siqhlərə və etnik azlıqlara qarşı repressiyalarla bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycanda ilk dəfə olaraq Hindistanın siqh icmasına qarşı repressiv siyasətinə dair tədbir təşkil olunub.

16 Yanvar 2026 10:09
Bakıda Hindistanda siqhlərə və etnik azlıqlara qarşı repressiyalarla bağlı beynəlxalq konfrans keçirilir

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin siqh icmasına və digər etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq tədbir təşkil olunub.

AzerVoice xəbər verir ki, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi sistemli repressiyaların beynəlxalq müstəvidə müzakirəsinə həsr olunub.

Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, müxtəlif ölkələrdən rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-da fəaliyyət göstərən nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, eləcə də Hindistan hökumətinin repressiv siyasətinin birbaşa qurbanları iştirak edirlər.

Konfrans Hindistan hökumətinin siqh xalqına qarşı həyata keçirdiyi repressiv tədbirləri, kütləvi qırğınları və zorakılıqları əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə işinə başlayıb. Bildirilib ki, 1980–1990-cı illərdə Pəncab ştatında minlərlə siqh icması üzvü öldürülüb, oğurlanıb, məcburi şəkildə yoxa çıxarılıb və məhkəmə qərarları olmadan qondarma ittihamlarla qətlə yetirilib.

Hazırda hüquqlarını tələb edən siqh fəallar “separatizm” və “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri intensivləşir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktlarının təşkil edildiyi, Kanada və ABŞ rəsmi qurumlarının bu hücumlarda Hindistan xüsusi xidmət orqanlarını ittiham etdiyi də konfransda xüsusi vurğulanıb.

Müzakirələr zamanı Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasətin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə müşayiət olunduğu qeyd edilib.

Konfrans çərçivəsində real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması, müvafiq qərarların qəbul edilməsi, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının və məhkəmə qərarları olmadan həyata keçirilmiş edamların araşdırılması, həmçinin BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılır.

Qeyd olunub ki, XV əsrdə yaranmış siqhizm bütün insanların kasta, cins və dil fərqi olmadan bərabərliyini təbliğ edir və bu baxımdan hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda siqh icmasının sayı 25 milyondan artıqdır və onlar əsasən Pəncab ştatında məskunlaşıblar.

Siqh icması Hindistan hökumətindən 1984-cü il anti-siqh qırğınlarının rəsmi şəkildə soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, qırğınların təşkilatçılarının məsuliyyətə cəlb edilməsini, 1980–1990-cı illərdə Pəncabda məcburi yoxa çıxmış şəxslərin taleyinin aydınlaşdırılmasını, həmçinin qanunsuz həbs edilən siqh fəalların azadlığa buraxılmasını və onlara siyasi məhbus statusunun verilməsini tələb edir.

Məqalədə: #Bakıda Hindistanda siqhlərə qarşı repressiyalarla bağlı beynəlxalq konfrans #Azərbaycanda Hindistanın etnik azlıqlara siyasəti müzakirə olunur #Siqh icmasına qarşı zorakılıq Bakıda beynəlxalq gündəmə çıxarıldı #Bakı Hindistanda azlıqların hüquqları mövzusunda beynəlxalq tribuna oldu #Bakıda Hindistan hökumətinin azlıqlara siyasəti tənqid olundu #Bakü’de Hindistan’da Sihlere yönelik baskılar tartışıldı #Hindistan’ın azınlık politikası Bakü’de gündemde #Sih topluluğuna yönelik şiddet uluslararası konferansta ele alındı #Bakü Hindistan’daki insan hakları ihlallerini masaya yatırdı #Hindistan’da Sihlere baskı konferansta eleştirildi #Bakü’de Hindistan azınlık hakları konferansı

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.