4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”, “elalmelarby”, “alharir”, “alekhbarya” və digər xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.

22 Yanvar 2026 20:56
Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”, “elalmelarby”, “alharir”, “alekhbarya” və digər xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.

Bu barədə AzerVoice- Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verilib. Bildirilib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən cinayətdir.

Seymur Nəsirov misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilən bu qırğın barədə geniş yazıldığını da diqqətə çatdırıb. Müəllif kitabda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılara qəddarcasına divan tutulduğunu bildirib, Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını vurğulayıb.

Soydaşımız, eyni zamanda 20 Yanvar hadisələri ilə 1919-cu ildə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə arasında paralellər aparıb, səbəblərinin oxşar olduğunu qeyd edib.

Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələri, o cümlədən Misir ictimaiyyəti Azərbaycan xalqının yanında olub. 1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavir əl-Demerdaş əl-Okali Sovet İttifaqına Misir parlamentinin etirazını göndərib. Xalqımızın bu həmrəyliyi heç bir zaman unutmadığı vurğulanıb.

Həmçinin 20 Yanvar hadisəsindən 36 il keçməsinə baxmayaraq, dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməli addımlar atmaması diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://wwnewss.com/الذكرى-36-للأحداث-المأساوية-في-يناير-الأ/

https://elalmelarby.com/?p=60529

https://alharir.info/121585-2/

https://alekhbarya.net/archives/347947

https://eltashira.com/archives/105034

https://beladona1.blogspot.com/2026/01/36.html

https://www.agnaden.net/?p=55952

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Məqalədə: #Diasporla İş üzrə Dövlət Komitəsi #Misir-Azərbaycan Dostluq Cəmiyyəti #Seymur Nəsirov #Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti #Şeyx Məhəmməd əl-Qəzali #əl-Həqq əl-Murr (Acı həqiqət) kitabı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur
Cəmiyyət

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

13 Avqust 16:05
Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov
Cəmiyyət

Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

2 Avqust 16:31
Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub
Cəmiyyət

Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

22 İyul 15:43
Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib
Cəmiyyət

Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib

8 İyul 13:12

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.