6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub. S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.

8 İyul 2026 13:12
Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib

BAKI,VOA

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub.

S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.

ArabAZ xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Birliyin sədri Məhəmməd Kausər Camal S.Nəsirovun tələbələrin təhsilinə və inkişafına mühüm töhfələr verdiyini, həyata keçirdiyi elmi, mədəni və sosial layihələrlə minlərlə gəncə dəstək göstərdiyini bildirib.

Azərbaycan diasporunun sədri göstərilən etimada görə təşəkkür edərək vurğulayıb ki, bu təltif onun üçün daha böyük məsuliyyət deməkdir və təhsilə xidmət edən hər kəsə verilən dəyərin ifadəsidir.

Qeyd edək ki, Seymur Nəsirov rəhbərlik etdiyi müəssisələr vasitəsilə uzun illərdir müxtəlif ölkələrdən olan tələbələrin elmi, mədəni və mənəvi inkişafına yönəlmiş ödənişsiz təhsil proqramlarının həyata keçirilməsinə rəhbərlik edir.

Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirlilər təşkil edir. Burada Qurani-Kərimin qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, musiqi məqamları, eləcə də uşaqlar üçün oxu və yazı proqramları üzrə müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Xatırladaq ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı və 2024-cü ildə azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. 2020-ci ildə isə ölkəmizin diaspor siyasətinə verdiyi böyük töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycanlı tədqiqatçı-alim elmi və mədəni sahədə xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni və 2026-cı ildə Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif, elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Seymur Nəsirovun təltif olunması ilə bağlı xəbər ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb.

Məqalədə: #Azərbaycan #Misir #Seymur Nəsirov

Mövzu üzrə digər xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.