5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.

10 Fevral 2026 10:43
Baku
“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib

Baki,AzerVoice Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.

AzerVoice xeber verir ki,İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “İvanovka Aqropark”a rezidentin qeydiyyat şəhadətnaməsinin təqdimetmə mərasimində çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib.

ATM direktoru qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli Fərmanı ilə bu sahədə mühüm dəyişikliklər edilib. Belə ki, aqroparklara münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “səlahiyyətli orqan”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsi isə “idarəedici təşkilat” kimi müəyyənləşdirilib. Bundan sonra aqroparklarla bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanaraq təsdiqlənib. Hazırda isə aqroparkların potensialı üzrə diaqnostikalar yekunlaşmaq üzrədir.

“İvanovka Aqropark” haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu aqropark özəl aqroparkdır və innovativ texnologiyalar əsasında əkinçilik və bağçılıq üzrə ixtisaslaşması nəzərdə tutulur.

Tədbirdə çıxış edən “İvanovka Aqropark”ın direktoru Ramin Əlifov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə ölkə başçısına, aidiyyəti qurumlara minnətdarlığını bildirib. O qeyd edib ki, əsasən əkinçilik və bağçılıq üzrə ixtisaslaşacaq təsərrüfat kompleksinin ümumi ərazisi 7600 hektar, layihə dəyəri 25.1 milyon manat təşkil edir. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1750 ha dəmyə sahədə arpa, 1500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur.

Tədbirin sonunda ATM direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini “İvanovka Aqropark”ın direktoru Ramin Əlifova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib
Məqalədə: #İsmayıllı

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
İqtisadiyyat

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun 17:36
Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib
Cəmiyyət

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

26 Yanvar 16:33

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.