11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

26 Fevral: Bəşəriyyətin Vicdan Sınağı – Xocalı Soyqırımı və Krımın Müqavimət Günü

Tarix bəzi günləri yalnız təqvim vərəqi kimi deyil, bütün bəşəriyyət üçün vicdan mühasibəsi kimi də qeyd edir.

26 Fevral 2026 09:40
26 Fevral: Bəşəriyyətin Vicdan Sınağı – Xocalı Soyqırımı və Krımın Müqavimət Günü
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA

Tarix bəzi günləri yalnız təqvim vərəqi kimi deyil, bütün bəşəriyyət üçün vicdan mühasibəsi kimi də qeyd edir.

26 fevral bu mənada iki ayrı coğrafiyada yaşanan, lakin tək bir həqiqətə işarə edən və törədilmiş insanlıq cinayətlərinin ortaq günüdür.

26 fevral 1992-ci ildə Xocalıda Rusiya dəstəkli ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımə ilə, 26 fevral 2014-cü ildə Krım tatar türklərinin Rus işğalına qarşı dirəniş günü bu həqiqətin iki nümunəsidir.

Eyni ayın eyni günündə törədilmiş bu insanlıq cinayətləri gücün hüququ ilə hüququn gücü arasındakı tarixi qarşıdurmanı açıq şəkildə ortaya qoyur.

1992-ci il fevralın 26-da Xocalıda yaşananlar müasir dövrün ən ağır mülki qətliamlarından biridir. Qadınların, uşaqların və yaşlıların hədəf alındığı bu vəhşət yalnız Azərbaycan türklərinə qarşı işlənmiş bir cinayət deyil, bəşəriyyətə qarşı törədilmiş bir qətldir. Aradan keçən illərə rəğmən ədalətin bərqərar olmaması beynəlxalq sistemin ikili standartlarını və məsumun kimliyinə görə dəyişən hüquq anlayışını gözlər önünə sərir. Xocalıda törədilən insanlıq cinayətlərinə layiq olduğu cəzanın verilməməsi BMT-nin bu cinayətin unudulmasına üstünlük verdiyini göstərir.

Krımın 26 fevral 2014-cü ildə rus işğalına qarşı müqaviməti də eyni tarixi ardıcıllığın bir hissəsidir. Krım tatar türkləri yurdlarından sürgün edilmiş, kimlikləri sıxışdırılmış və tarixləri inkar edilmişdir. Buna rəğmən, onlar mübarizələrini silahla deyil; kimliklərini, dillərini və inanclarını qoruyaraq davam etdirirlər. Krım tatar türklərinin rus işğalına qarşı bu dastansız dirənişi yalnız hərbi bir məsələ olmaqdan kənarda, hər əsrdə məruz qaldığı qeyri-qanuni rus işğalına və zülmünə qarşı milli yaddaşla varlıq mübarizəsi apardıqlarını bütün dünyaya göstərməkdir.

Krım məsələsinin görməzdən gəlinməsi hər əsrdə baş verən rus işğallarını əsla qanuniləşdirə bilməmiş, əksinə, dünyanın işğala, beynəlxalq hüququn tapdalanmasına və ədalətsizliyə qarşı laqeyd münasibətini daha da netləşdirmişdir. Krımın 2014-cü ildə beynəlxalq hüququn faktiki olaraq dondurulması ilə Rusiya tərəfindən işğalına qarşı bir çox ölkə və BMT tərəfindən nümayiş etdirilən səssizlik, tərəfsizlikdən çox törədilən cinayətə şərik olmaq kimi tarixə düşmüşdür.

Bu gün belə dünyanın müxtəlif yerlərində insanlıq cinayətləri davam edirsə, bunun əsas məsuliyyəti vaxtında Xocalı və Krımda öz vəzifəsini yerinə yetirməyən beynəlxalq sistemin öz üzərindədir.

Nəticə etibarilə, 26 fevral bizə bu həqiqəti xatırladır: Zülmün coğrafiyası dəyişsə də, mahiyyəti əsla dəyişmir. Xocalıda və Krımda yaşananlar güc qarşısında susqun qalan bir dünyanın ədalət iddiasını itirdiyinin göstəricisidir. Bəşəriyyətin yenidən mənəvi bir zəmin inşa edə bilməsi üçün məsum millətlərin dininə, dilinə və kimliyinə baxmadan zülmə qarşı durması şərtdir. Əks halda, tarix səhifələrinə daha çox utancverici vərəqlər əlavə olunacaqdır.

26 fevral vəsiləsilə Xocalı və Krımda qətlə yetirilən məsumları rəhmətlə anır, Azərbaycan və Krım tatar türklərinin şərəfli müqavimətini salamlayır, Qəzza, Şərqi Türkistan, Arakan, Kəşmir, Somali və Sudan başda olmaqla, dünyanın müxtəlif yerlərində törədilən insanlıq cinayətlərinə qarşı səssiz qalmayan bütün vicdanlı insanları sayğı ilə yad edirik.

Dünyanı idarə edən "beşlik"dən insanlıq naminə bir daha soruşuruq: Ədalətin olmadığı yerdə sülh, sülhün olmadığı yerdə isə heç kim üçün gələcək olmaz!

Yalçın Topçu
Türkiyə Prezidentinin baş müşaviri

Məqalədə: #Yalçın Topçu #Xocalı faciəsi #Xocalı soyqırımı #Azərbaycan-Ermənistan #Xocalı faciəsində ölən uşaqlar haqqında məlumat #Xocalı soyqırımı və Rusiya #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh prosesi #Azərbaycan-Ermənistan sülh sazişi 2025 #Xocalı Xanyurdu #Azərbaycan-Ermənistan normallaşma prosesi #Azərbaycan Ermənistan sülh prosesi #Ermənistan–Azərbaycan sülh gündəliyi #Xocalıya qayıdış #Xocalı soyqırımı xəbərləri #Xocalı soyqırımı ərəfəsi #Xocalı qətliamı #Xocalı soyqırımı 1992

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.