Numan Kurtulmuş Xocalı Soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
TBMM Sədri Numan Kurtulmuş Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə rəsmi sosial media hesabında anım mesajı yayımlayıb.
Selçuk Bayraktar Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Xocalı Soyqırımı ilə əlaqəli paylaşım edib.
Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla anırıq - Türkiyə XİN
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi 26 fevral Xocalı Soyqırımının ildönümü ilə əlaqəli paylaşım edib. Bu barədə Türkiyə XİN rəsmi "Facebook" səhifəsində anım mesajı yayımlayıb. Nazirliyin paylaşımında 1992-ci ilin fevralın 26-da Xocalıda qətlə yetirilən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib. Paylaşımda qeyd olunub: "26 fevral 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini hörmət və rəhmətlə anır, Can Azərbaycanın acısını daima qəlbimizdə hiss edirik."
26 Fevral: Bəşəriyyətin Vicdan Sınağı – Xocalı Soyqırımı və Krımın Müqavimət Günü
Tarix bəzi günləri yalnız təqvim vərəqi kimi deyil, bütün bəşəriyyət üçün vicdan mühasibəsi kimi də qeyd edir.
Çeçen Sürgünü, Türkiyənin Müharibəyə Qoşulması və Qızıl Ordu: 23 Fevral Dosyesi
Tarix bu gün böyük faciələrə və imperiyaların hərbi gedişlərinə şahidlik edib. 23 fevral – İosif Stalinin əmri ilə yüz minlərlə çeçen və inquşun ata yurdlarından Mərkəzi Asiyaya sürgün edildiyi ən qanlı əməliyyatın (1944) başladığı gündür. Bu gün Türkiyə Böyük Millət Məclisinin həlledici bir qərarla Nasist Almaniyası və Yaponiyaya müharibə elan edərək İkinci Dünya Müharibəsinə qoşulduğu (1945), Bolşeviklərin isə Qızıl Ordunun əsasını qoyduğu (1918) tarixdir. Həmçinin, Yaxın Şərqdə İraq qüvvələrinə qarşı həlledici 'Səhra Fırtınası' quru əməliyyatının başladığı, Suriyada radikal Baas qanadının dövlət çevrilişi etdiyi və Nikol Paşinyanın KTMT-də iştirakı dondurduğunu elan etdiyi (2024) gündür. Ayasofyanın inşasından klonlanmış Dolli qoyununun dünyaya elan edilməsinə qədər – VOA 23 fevralın ən geniş xronologiyasını təqdim edir.