4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Ceyhun Bayramov Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

27 Fevral 2026 19:38
Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA

27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

VOA bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ötən il Prezident İlham Əliyevin Türkmənistana, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla xatırlanıb.

Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq, ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və perspektivləri müzakirə edilib.

Bu çərçivədə, Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xarici işlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
Məqalədə: #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanov #Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov #Türkmənistan Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

2 Sentyabr 16:08
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir
BƏƏ

BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

31 Avqust 14:55

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.