5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Texasın dövlət xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Texas State News.Net saytında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.

2 Mart 2026 18:24
Texasın dövlət xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA

ABŞ-nin Texas Dövlət Xəbərləri (Texas State News.Net) saytında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.

VOA xəbər verir ki, məqalənin müəllifi Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) rəhbəri Samir Novruzovdur.

Məqalədə 20-ci əsrin ən faciəli və ağrılı hadisələrindən biri olan Xocalı qətliamından geniş bəhs edilib. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində yüzlərlə dinc sakin xüsusi qəddarlıqla öldürülüb, kütləvi zorakılığa məruz qalıb. Xocalı sakinlərinin son dərəcə həssas və müdafiəsiz vəziyyətdə olduğu diqqətə çatdırılıb. Xocalıda törədilən hadisələr bəşəriyyət tarixinin ən amansız cinayətlərindən olduğu bildirilib.

Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülki şəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyaları kimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb. Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yolu ilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşı zorakılıqlara zəmin yaratdığı qeyd olunub.

Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalı həqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınların təkrarlanmasının qarşısını almaq mümkün olar.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://texas.statenews.net/newsr/278889421

Məqalədə: #ABŞ #Texas Dövlət Xəbərləri (Texas State News.Net) saytı #Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi (USACI) #Samir Novruzov

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.