4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində həlledici rol oynamağa davam edir - Xorvatiya nümayəndəsi

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi səylərində həlledici rolunu davam etdirir və bölgədə enerji sistemlərinin dayanıqlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

3 Mart 2026 17:07
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində həlledici rol oynamağa davam edir - Xorvatiya nümayəndəsi

BAKI, VOA

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi səylərində həlledici rolunu davam etdirir və bölgədə enerji sistemlərinin dayanıqlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

VOA xəbər verir ki, bunu Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Xorvatiya konstruktiv enerji tərəfdaşlıqlarına, o cümlədən Azərbaycanla əməkdaşlığına yüksək qiymət verir. Bu tərəfdaşlıqlar həm milli, həm də regional bazarlar üçün sabit və şaxələndirilmiş qaz təchizatının təmin olunmasına xidmət edir:
“Gələcəyə baxdıqda, Xorvatiya Cənub Qaz Dəhlizinin Avropanın dəyişən enerji mənzərəsində davam edən strateji əhəmiyyətini anlayır. Aşağı karbonlu gələcəyə keçid prosesi davam etdikcə təbii qaz enerji sistemlərinin təhlükəsiz, balanslı və sabit fəaliyyətinin təmin olunmasında həlledici rolunu qoruyacaqdır”.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

Məqalədə: #Cənub Qaz Dəhlizi #Avropanın enerji təhlükəsizliyi #Xorvatiyanın İqtisadiyyat Nazirliyi #Vedran Şpehar #Cənub Qaz Dəhlizinin Məşvərət Şurası

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.