11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.

5 Mart 2026 11:38
Baku
Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

Bakı. VOA:

Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.

VOA xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsilə Ermənistana göndərilir.

Qeyd edək ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı daşıyan 39 çən vaqonu yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də 979 ton "Aİ-92" markalı avtomobil benzini yüklənmiş 18 vaqon Ermənistana göndərilib. Yanvarın 9-da isə ümumilikdə 2698 ton neft məhsulu tədarük edilib. Həmin yüklərə 1742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Xatırladaq ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün bu ölkəyə 1220 ton "Aİ-95" markalı avtomobil benzini göndərilib.

Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərara əsasən həyata keçirilir. Həmin qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və bu istiqamətdə daşımaların həyata keçirilməsinə imkan yaradılıb.

Məqalədə: #Azərbaycan #Ermənistan

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.