6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti SEPAH tərəfindən planlanan terror təxribatları və kəşfiyyat fəaliyyətlərinin qarşısını alıb.

6 Mart 2026 22:58
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb

BAKI, VOA

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.

VOA xəbər verir ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.

Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.

Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması və Terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İİR vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməlləri aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlan oğlu və Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilətəqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu AR Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdetməyə hazırlıq), Əhmədov Elvin Bəhruz oğlu isə CM-nin 228.2.1(qabaqcadan əlbir bir qrup şəxs tərəfindənqanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcımaddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama daşıma və gəzdirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

Məqalədə: #SEPAH #Dövlət Təhlükəsizliyi Xidməti

Mövzu üzrə digər xəbərlər

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

31 Avqust 21:22
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30
Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi
İran

Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

28 Avqust 15:10
İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH
İran

İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

24 Avqust 19:59

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.