8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib

Tədbir çərçivəsində Azərbaycanın Meksikadakı səfiri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədrinin video müraciətləri səsləndirilib.

11 Aprel 2026 15:59
Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib

BAKI,VOA

10 aprel tarixində Meksikanın San Fransisko de Kampeçe şəhərində Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının əsas orqanı - UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Meksika şəhərlərinin bələdiyyə rəhbərlərinin Baş Assambleyası keçirilib.

VOA Trendə istinadən xəbər verir ki, tədbirdə Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının prezidenti, Quanaxuato bələdiyyəsinin rəhbəri Samanta Smit, həmin Assosiasiyasının baş direktoru Xorxe Orteqa, Kampeçe bələdiyyəsinin rəhbəri Bibi Rabelo da daxil olmaqla Meksikanın bir sıra şəhərlərinin bələdiyyə rəhbərləri, elmi dairələrin və diplomatik korpusun nümayəndələri iştirak edib.

Bakı şəhərinin qədim simasının qorunub saxlanması və şəhərin müasir inkişafı sahəsində ölkəmizin zəngin təcrübəyə malik olması əsas gətirilərək Azərbaycan tərəfi fəxri qonaq qismində həmin tədbirdə iştiraka dəvət edilib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmudun video müraciətləri səsləndirilib.

S.Fətəliyev çıxışında Azərbaycanın bəşəriyyətin ən qədim sivilizasiya ocaqlarından biri olması, şəhərlərinin zənginliyi və mədəni irsinin parlaq nümunələri ilə seçilməsi barədə danışıb. Çıxışında ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən xüsusi diqqət yetirildiyi, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi vurğulanıb. S.Fətəliyev İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini bu abidənin beynəlxalq əhəmiyyətinin təsdiqlənməsi baxımından böyük tarixi hadisə adlandırıb. Çıxışda son onilliklərdə şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, Bakıda inşa edilən yeni monumental komplekslər barədə danışılıb. S.Fətəliyev məlumat verib ki, 2024-cü ilin noyabr ayında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP) ardınca 2026-cı ilin 17-22 may tarixlərində Azərbaycan paytaxtında BMT-nin digər nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Bu tədbir Azərbaycan üçün həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və "ağıllı şəhərsalma modelləri"ni təşviq etmək üçün əvəzsiz platformadır.

R.Mahmud öz çıxışında İçərişəhərin tarixi və mədəni əhəmiyyəti, tarixi şəhər mühitində yaşayışın idarə olunması və bu prosesdə qarşılaşdığımız çağırışlar barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, İçərişəhər təkcə statik bir abidə deyil, bu, tarixi irsin mühafizəsi və müasir şəhər həyatını özündə birləşdirən canlı əfsanədir. Qafqaz regionunda orta əsrlər şəhər ansamblını, regional və yerli memarlıq ənənələrinin tarixi inkişaf mərhələlərini özündə əks etdirən İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyərə malik olmasının göstəricisidir. R.Mahmud bildirib ki, İçərişəhərin qorunması prosesində mühafizə və inkişaf arasında balansa nail olmaq zəruridir. Bu sahədə əsas prioritet istiqamətlər tarixi irsin bərpası, onun şəhər həyatına inteqrasiyası, dayanıqlı turizm, şəhər infrastrukturunun inkişafı, əlçatan və inklüziv mühit, irsin rəqəmsal təqdimatı, nəqliyyat sistemlərinin mobilliyinin artırılmasıdır. R.Mahmud İçərişəhərin beynəlxalq əməkdaşlıqda fəal olduğunu, bunun ekspert mübadiləsi, institutsional potensialın gücləndirilməsi sahəsində layihələr vasitəsilə həyata keçirildiyini bildirib. Bu xüsusda, İçərişəhər qarşısında eyni vəzifələr duran Meksika şəhərləri ilə əməkdaşlıqda maraqlıdır.

Təqdimatlar zamanı Bakı şəhərinin qədim və müasir simasını əks etdirən fotolar nümayiş olunub. Hər iki təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib
Məqalədə: #Meksika #UNESCO #San Fransisko de Kampeçe şəhəri #Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyası #Ümumdünya İrs Siyahısı

Mövzu üzrə digər xəbərlər

ABŞ Meksika sərhədində lazer silahından istifadə edib
Digər Dövlətlər

ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

28 Avqust 11:40
Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb
Digər Dövlətlər

Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

21 Avqust 20:35
Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib
Digər Dövlətlər

Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

31 İyul 22:17
Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan

Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

31 İyul 21:08

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.