8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

22 Aprel 2026 19:01
Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

BAKI,VOA

Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Bu barədə VOA-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək.

İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spiker bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

2022-ci ildə Latviyaya rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfərin nəticələrindən və keçiridyi görüşlərdən məmnunluqla danışıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var.

Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinin dostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım Dayqa Mierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeyd edib.

Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıx əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərə bilər.

Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın müstəqillik və parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.

Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib. Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadi, təhsil, investisiya, informasiya texnologiyaları, kənd təfərrüfatı, turizm və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb
Məqalədə: #Milli Məclis #Latviya #Sahibə Qafarova #Edqars Rinkeviçs #Azərbaycan-Ermənistan #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Milli Məclisin sədri Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.