7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan XİN Nyu-York merinin bəyanatını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meri Zohran Kvame Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.

25 Aprel 2026 16:07
Azərbaycan XİN Nyu-York merinin bəyanatını pisləyib

BAKI,VOA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meri Zohran Kvame Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

VOA xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.

A.Hacızadə bildirib ki, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiyanın yayılmasından çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

“Mer Z.Məmdani, sizin təxribat xarakterli bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın olmadığını göstərir və faktları siyasi məqsədlər naminə təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri üç onillik davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusion quruluşunun bərpası ilə nəticələnib. “Qovulma” iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.

Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs birtərəfli narrativləri təşviq edir, işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı həyata keçirilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin dağıdılmasını görməzdən gəlir”.

XİN rəsmisi qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir.

Məqalədə: #Ayxan Hacızadə #Azərbaycan Xarici İşlər Nazirliyi #Nyu-York şəhərinin meri Zohran Kvame Məmdani #qondarma erməni soyqırımı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
Siyasət

Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

30 Avqust 10:40
Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN
Siyasət

Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

28 Avqust 19:27
Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN
Siyasət

Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN

19 Avqust 18:22

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.