5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb

14 May 2026 18:41
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

BAKI,VOA

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə VOA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb. Tərəflər Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək siyasi iradəsi sayəsində münasibətlərin daha da genişləndiyini, strateji tərəfdaşlığın məzmun etibarilə yeni mərhələyə yüksəldiyini və hazırda ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu bildiriblər.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Parlamentlərimizin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Qanunvericilik orqanlarının rəhbərləri və deputatlar səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlər bu sahədə münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə həmçinin, İkinci Asiya Qadınlar Forumunun dost və qardaş ölkə Özbəkistanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilərək, bu tədbirin qadınların siyasi, iqtisadi, ictimai həyatda daha fəal iştirakının təşviqinə yönəlmiş təşəbbüslərin daha geniş platformada həyata keçirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Özbəkistan #Milli Məclis #Sahibə Qafarova #Parlamentlərarası əməkdaşlıq #strateji tərəfdaşlıq #Özbəkistan Buxara səfəri #Tənzilə Narbayeva #Azərbaycan-Özbəkistan əlaqələri #Milli Məclisin sədrinin görüşü #İkinci Asiya Qadınlar Forumu #Qadınların fəal iştirakı #Azərbaycan və Özbəkistan parlament əlaqələri

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.