6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Ceyhun Bayramov Van İ ilə görüş keçirib

27 May 2026 10:02
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

BAKI,VOA

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirib.

VOA xəbər verir ki, görüş zamanı BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq müzakirələrin təşkilinə görə Çin tərəfinə təşəkkür ifadə olunub və bu təşəbbüsün mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Çin arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edərək, son illər yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə iki ölkə arasında 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsinin əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ildə Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi qeyd edilib.

Görüş zamanı ticarət, investisiya, nəqliyyat və logistika, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Ölkəmizdə Çin sərmayəsi ilə istehsal müəssisələrinin fəaliyyətinin iqtisadi əməkdaşlığa töhfəsi vurğulanıb. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında viza tələbinin aradan qaldırılmasının insanlar arasında təmasların artmasına müsbət töhfə verdiyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. BMT, AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Çin nümayəndə heyətinin cari ilin may ayında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirakından məmnunluq ifadə olunub və bu iştirakın çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.

Xalqlararası münasibətlərin möhkəmləndirilməsinin vacibliyi vurğulanaraq, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsinin uzunmüddətli tərəfdaşlığın inkişafında xüsusi rol oynadığı qeyd edilib.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri nəzərdən keçirilib. Çin vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən dəstəyə görə ölkəmizə minnətdarlıq bildirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Çin Xalq Respublikasının xarici işlər naziri Van İ

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.