8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü mühüm sənədin qəbulu ilə başa çatıb.

8 İyun 2026 17:47
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

BAKI, VOA

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşünün yekununda İstanbul Bəyannaməsi qəbul olunub.

VOA xəbər verir ki, sənəddə üç ölkə arasında mövcud olan dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Bəyannamədə siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində birgə iradə ifadə olunub. Tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəklərini bir daha təsdiqləyiblər.

Sənəddə regional və qlobal çağırışlarla mübarizədə üçtərəfli əməkdaşlığın mühüm rolu qeyd olunub. Regionun potensialının tam reallaşdırılması üçün sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi xüsusi vurğulanıb.

Bəyannamədə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Eyni zamanda, Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin strateji əhəmiyyəti qeyd edilib.

Nazirlər Gürcüstanda Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin başa çatmasını da alqışlayıblar.

Sənəddə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji ötürülməsi imkanlarının artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi istiqamətində birgə fəaliyyətə dəstək ifadə olunub.

Ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Türkiyənin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 31-ci sessiyasına sədrliyi alqışlanıb, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurlu ev sahibliyi yüksək qiymətləndirilib.

Bəyannamədə terrorizm, insan alveri, qanunsuz silah və narkotik dövriyyəsi, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, kibercinayətkarlıq və digər transmilli təhdidlərə qarşı birgə mübarizənin davam etdirilməsi ilə bağlı öhdəlik də bir daha təsdiqlənib.

Sənədin sonunda üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub və növbəti, 11-ci üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi barədə qərar qəbul edildiyi bildirilib.

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib
Məqalədə: #Türkiyə #Azərbaycan #Gürcüstan #Üçtərəfli Görüş #İstanbul Bəyannaməsi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.