5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

Azərbaycan beynəlxalq enerji bazarlarında strateji tərəfdaş kimi ön plana çıxır

9 İyun 2026 13:16
Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

BAKI,VOA

Son illərdə Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq enerji bazarlarında investisiyaçı və strateji tərəfdaş kimi ön plana çıxmağa başlayıb. Azərbaycanın bu addımı ilk baxışdan asan görünsə də, regionun spesifikasına nəzər salsaq, bunun heç də düşünüldüyü qədər sadə olmadığı qənaətinə gələ bilərik.

VOA xəbər verir ki, bu barədə Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri ölkənin yalnız neft və qaz istehsalçısı statusu ilə kifayətlənməməsi olub. Son onilliklərdə əldə edilən gəlirlər ölkə daxilində infrastrukturun inkişafına, iqtisadi sabitliyin möhkəmləndirilməsinə və beynəlxalq layihələrə yönəldilib. Bu gün SOCAR Türkiyə, Gürcüstan və Avropa ölkələrində olduğu kimi, Yaxın Şərq bazarında da öz mövqeyini gücləndirməyə çalışır. Digər tərəfdən, qardaş Türkiyənin enerji habına çevrilməsində Azərbaycan layihələrinin rolu əvəzsizdir.

"Tam əminliklə deyə bilərik ki, bu siyasət Azərbaycanın enerji təhlükəsizliyinə dair baxışının dəyişdiyini göstərir. Artıq məqsəd yalnız karbohidrogenlərin ixracı deyil, enerji dəyər zəncirinin müxtəlif mərhələlərində iştirakdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, düzgün enerji siyasəti Azərbaycana xaricdə investisiya imkanları yaradıb və bu proses gələcəkdə daha da genişlənəcək. Xüsusilə Dövlət Neft Şirkəti vasitəsilə Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada həyata keçirilən layihələr Azərbaycanın enerji diplomatiyasının yeni istiqamətlərini formalaşdırır", - R.Hafizoğlu vurğulayıb.

Ekspert Azərbaycanın Yaxın Şərqdə artan enerji roluna toxunaraq deyib: "Yaxın Şərq dünya enerji ehtiyatlarının böyük hissəsini özündə cəmləşdirən regiondur. Buna baxmayaraq, son illərdə bölgədə yaşanan siyasi və hərbi gərginliklər enerji bazarlarında qeyri-müəyyənlik yaradıb. Belə bir şəraitdə Azərbaycanın regionda investisiya fəallığını artırması həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, məhz bu regionda dünya enerji nəhəngləri cəmləşib, bu baxımdan da Azərbaycanın Yaxın Şərq enerji bazarına daxil olması olduqca müsbət haldır.

SOCAR son illərdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri ilə enerji sahəsində əməkdaşlığı genişləndirib. Şirkət neft-kimya sənayesi, bərpaolunan enerji, logistika və enerji ticarəti istiqamətlərində müxtəlif tərəfdaşlıqlar qurur.

Düşünürəm ki, Azərbaycanın Yaxın Şərqə yönələn enerji strategiyası bir neçə əsas məqsədə xidmət edir.

Bunlardan birincisi enerji bazarlarının şaxələndirilməsidir. Bu da öz növbəsində Azərbaycanın ənənəvi bazarlardan asılılığını azaldır. İkincisi, Azərbaycan beynəlxalq enerji layihələrində iştirakını genişləndirərək qlobal enerji qərarlarının qəbulunda daha təsirli aktora çevrilir. Üçüncüsü isə Yaxın Şərq ölkələri ilə qurulan tərəfdaşlıqlar Azərbaycanın siyasi və iqtisadi əlaqələrini daha da dərinləşdirir".

Onun sözlərinə görə, son illərdə Avropada baş verən enerji böhranı göstərdi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan bu dövrdə etibarlı tərəfdaş kimi çıxış edərək Avropa bazarlarına qaz tədarükünü artırdı. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu əhəmiyyətli dərəcədə artırıb.

Bu təcrübə indi xarici investisiyalar vasitəsilə yeni regionlara daşınır. SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya yönələn sərmayələri Azərbaycanın enerji sahəsində yalnız regional deyil, qlobal oyunçuya çevrilməsi strategiyasının tərkib hissəsidir. Dolayısı ilə Azərbaycan bəzi qonşu ölkələrdən fərqli olaraq təbii resurslarına təzyiq və şantaj vasitəsi kimi yanaşmayıb və enerji əməkdaşlığında yeni səhifə aça bilib.

Azərbaycanın enerji siyasətində yeni mərhələ yalnız neft və qazla məhdudlaşmır. Bakı artıq bərpaolunan enerji istiqamətində də fəal fəaliyyət göstərir. Xəzər dənizinin külək potensialı, Günəş enerjisi layihələri və yaşıl enerji dəhlizləri ölkənin gələcək enerji strategiyasının əsas elementləridir.

Yaxın Şərq ölkələrinin də yaşıl keçid proqramlarına böyük sərmayələr ayırması Azərbaycan üçün yeni imkanlar yaradır. Bu baxımdan gələcəkdə SOCAR və region ölkələri arasında hidrogen enerjisi, yaşıl elektrik ixracı və enerji texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsi gözlənilir.

Məqalədə: #Türkiyə #Azərbaycan #Rufiz Hafizoğlu #SOCAR #TANAP #TAP #Yaxın Şərq #Enerji sektoru #strateji tərəfdaş

Mövzu üzrə digər xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

20:59
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.