9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

Fələstinlə bağlı alternativ sxemlər olsa da, ərəb ölkələri maraqlarını qoruyacaq.

9 İyun 2026 17:57
Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

BAKI,VOA

ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının Qəzza zolağı ilə bağlı planı meydana çıxdıqdan sonra indi də Fələstin ərazilərinin qonşu ərəb dövlətlərilə assosiasiyası məsələsi gündəmə gətirilir.

VOA xəbər verir ki, bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova son vaxtlar Qərb hökumət strukturları tərəfindən maliyyələşdirilən bir sıra analitik mərkəzlərin xəttilə Fələstinin gələcəyi ilə bağlı müxtəlif “alternativ sxemlər”in təşviq olunduğunu söyləyib.

Onun sözlərinə görə, xüsusən də bu qurumlar Fələstin ərazilərinin qonşu ərəb dövlətləri ilə assosiasiyasını nəzərdə tutan şübhəli variantları gündəmə gətirirlər.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu Bakupost.az-a açıqlamasında bildirib ki, Fələstinin qonşu ərəb ölkələrilə assosiasiyası məsələsi həqiqəti əks etdirmir:

“Qərb mərkəzlərinin şüurlara bu kimi informasiyaları yeritmək cəhdləri heç də yeni deyil. Fələstində baş verən hadisələr, HƏMAS-ın tərksilah olunması, bəzi ərəb ölkələrinin yenidən danışıqlar masasına oturması fonunda Fələstin torpaqlarının digər ərəb ölkələrinə assosiasiyası məsələsi inandırıcı deyil”.

Ekspert qeyd edir ki, ərəb ölkələrinin guya hamısının Fələstini satdıqları barədə fikirlər bir qədər utopik və əslində İranın maraqlarına xidmət edən düşüncədir:

“İran məhz Fələstin düşüncəsinə hakim olub. Tehran iddia edir ki, ərəb liderləri Amerikaya satılıb, xain və xəyanətkardırlar, Fələstini müdafiə etmək üçün heç nə bacarmırlar və bu məsələdə yeganə hakim qüvvə İrandır. Bəli, Fələstin məsələsində ərəb ölkələri acizdir. Bu günümüzün siyasi, iqtisadi reallığından doğan bir gerçəklikdir. Amma Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər ərəb ölkələrinin Fələstin xalqının maraqlarını kənara atıb, İsrail tərəfindən idarə olunan Qərb mərkəzlərinin çaldığı havaya oynayacaqları məsələsi inandırıcı deyil”.

Hömsöhbətimizin fikrincə, Rusiya tərəfi isə yenidən Yaxın Şərq meydanına çıxmaq və orada qalmaq üçün belə açıqlamaları gündəmə atır:

“Artıq hətta Rusiyanın özünün belə Fələstin məsələsində nə qədər güclü oyunçu olduğu məsələsi də sual doğurur. Zaman çox dəyişib. HƏMAS daxilində belə Rusiyaya əvvəlki rakusda yanaşmayan siyasi axınlar var. Moskva özü artıq regiona əvvəlki müdaxilə mexanizmini itirib. Amma meydana gəlmək və qalmaq üçün bu kimi açıqlamalar vermək lazımdır. Bu mənada Zaxarovanın açıqlaması gündəmi doldurmaq üçün atılan addımdır. Rusiya Qəzza müharibəsi fonunda heç nə edə bilmədi. Bəzi HƏMAS rəsmilərinin də qeyd etdiyi kimi, ən böyük informasiya sızıntısı da Təl-Əvivə məhz Rusiya tərəfindən ötürülüb”.

Məqalədə: #Qəzza #Fələstin #ABŞ #Rufiz Hafizoğlu #HƏMAS #Mariya Zaxarova #Ərəb ölkələri #Sülh Şurası #alternativ sxem #region siyasəti

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.