8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Yaxın Şərqdəki Azərbaycan vətəndaşları rəsmi xəbərdarlıqlara əməl etməlidirlər - Ceyhun Bayramov

Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hərbi əməliyyatların davam etdiyi ərazilərə səfər edən Azərbaycan vətəndaşları son dərəcə ehtiyatlı olmalıdırlar. Nazir bildirib ki, hərbi əməliyyatların və silahlı toqquşmaların baş verdiyi bölgələrdə vəziyyət çox sürətlə dəyişə bilir. Onun sözlərinə görə, belə şəraitdə həm diplomatik mexanizmlər, həm də aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər

8 İyul 2026 14:37
Yaxın Şərqdəki Azərbaycan vətəndaşları rəsmi xəbərdarlıqlara əməl etməlidirlər - Ceyhun Bayramov

BAKI,VOA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hərbi əməliyyatların davam etdiyi ərazilərə səfər edən Azərbaycan vətəndaşları son dərəcə ehtiyatlı olmalıdırlar.

VOA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə birgə Bakıda keçirdiyi brifinqdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, hərbi əməliyyatların və silahlı toqquşmaların baş verdiyi bölgələrdə vəziyyət çox sürətlə dəyişə bilir. Onun sözlərinə görə, belə şəraitdə həm diplomatik mexanizmlər, həm də aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər.

C.Bayramov qeyd edib ki, Xarici İşlər Nazirliyi mütəmadi olaraq vətəndaşları mövcud risklər barədə məlumatlandırır və onları rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırır.

“İnsanlar hər hansı ölkəyə səfər etməzdən əvvəl Xarici İşlər Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının tövsiyələrini nəzərə almalı, vəziyyəti düzgün qiymətləndirməlidirlər. Hər hansı fövqəladə vəziyyət baş verdikdə isə ilk növbədə həmin dövlətin rəsmi orqanlarının göstəriş və tövsiyələrinə əməl olunması vacibdir. Çünki həmin ölkənin ərazisində təhlükəsizlik tədbirlərini ilk növbədə məhz o dövlət həyata keçirir”, - deyə o vurğulayıb.

Nazir xatırladıb ki, Yaxın Şərqdə son aylarda baş verən hadisələr zamanı Azərbaycan da bu cür vəziyyətlərlə üzləşib.

“İmkan yaranan kimi Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşlarımıza lazımi dəstəyi göstərir və onların təhlükəsiz şəkildə ölkəyə qayıtması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər”, - deyə o bildirib.

C.Bayramov əlavə edib ki, müxtəlif münaqişə bölgələrində çətin vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, onlara yardım göstərilməsi və təxliyəsinin təşkili istiqamətində aidiyyəti dövlət qurumları və tərəfdaş ölkələrlə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Nazir sonda Azərbaycan vətəndaşlarını hərbi münaqişələrin davam etdiyi ölkələrə getməməyə çağırıb.

“Azərbaycan vətəndaşlarının hərbi münaqişələrdə iştirak etmək məqsədilə bu ölkələrə getməsi yolverilməzdir. Bu, ilk növbədə onların öz həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və ağır nəticələrə səbəb ola bilər”, - deyə C.Bayramov qeyd edib.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

7 Sentyabr 18:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.