9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Fariz Rzayev Serbiya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

28 İyul 2026 18:44
Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

BAKI,VOA

İyulun 28-də Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüş zamanı, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr çərçivəsində, Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində, F. Rzayev həmçinin Serbiya Respublikası Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Respublikası Milli Assambleyasının sədr müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.

Məqalədə: #Azərbaycan #Xarici İşlər Nazirliyi #Serbiya #Belqrad #Fariz Rzayev #strateji tərəfdaşlıq #Damyan Yoviç

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.