4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb - Elçin Əmirbəyov

3 Yanvar 2024 14:30
Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb - Elçin Əmirbəyov

Bakı. AzerPress:

Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb.

AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

O, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin sonuncu görüşünün 20 noyabr 2023-cü il tarixində keçirildiyini qeyd edib.

"Görüş iki ölkənin sərhədində keçirildi, çünki sərhəd xətti hələ müəyyənləşdirilməlidir. Bu nümayəndə heyətlərinə hər iki tərəfin baş nazir müavinləri rəhbərlik edir, kommunikasiyaların bərpa olunmasına görə də onlar cavabdehlik daşıyırlar. Son altı ay ərzində danışıqlar müxtəlif səbəblərdən keçirilməyib, belə ki, tərəflərin "vasitəçilər", yəni danışıqların keçirilməsinə şərait yaradan tərəflərlə bağlı sualları yaranırdı", - E.Əmirbəyov deyib.

O, çox yaxın zamanda danışıqların növbəti raundunun keçiriləcəyini və Azərbaycan tərəfindən tərtib olunan və Ermənistana ilk dəfə bir ildən bir qədər əvvəl təqdim olunan bu sülh sazişi layihəsinin müzakirəsinin bərpa olunacağına ümid etdiyini bildirib.

"İki tərəf arasında razılaşmanın mətni üzrə fiziki danışıqlar olmadığından layihələrin mübadiləsi davam edir, yəni tərəflərdən hər biri sazişin növbəti layihəsində öz rəy və düzəlişlərini təqdim edir. Biz Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyiş əldə etmək şansının xeyli çoxaldığına inanırıq və bu cür düşünən təkcə biz deyilik", - E.Əmirbəyov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində sülh yoluna ən böyük maneəni - Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz yerləşməsini - aradan qaldırmaq mümkün oldu.

"Artıq, 15 min hərbi qulluqçu ərazimizi tərk etdikdən sonra bu mövzu artıq aktual deyil. Bu səbəbdən artıq sülh sazişinin açıq qalan hissələrinin razılaşdırılmasını başa çatdırmalıyıq", - deyə E.Əmirbəyov əlavə edib.

Məqalədə: #Elçin Əmirbəyov

Mövzu üzrə digər xəbərlər

Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
Siyasət

Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib

14 May 10:24
Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirib
Siyasət

Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirib

22 Aprel 09:55
Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov
Siyasət

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov

20 Aprel 22:17
Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır - Elçin Əmirbəyov
Siyasət

Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır - Elçin Əmirbəyov

18 Aprel 13:44

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.