4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Lavrov Qətərdə danışıqlar aparır

26 Fevral 2025 17:41
Lavrov Qətərdə danışıqlar aparır

BAKI, AzerVoice

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə rəsmi səfərdədir.

AzerVoice xəbər verir ki , o, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.

Qətər Əmirliyinin verdiyi məlumata görə, Dohadakı Lusail sarayında baş tutan görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə enerji və investisiya sahələrində əməkdaşlığın daha da gücləndirilməsi əsas mövzulardan biri olub. Görüşdə həmçinin regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani də iştirak edib.

Bundan əlavə, Qətər və Rusiya xarici işlər nazirləri arasında ayrıca görüş keçirilib. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Sergey Lavrov və Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ikitərəfli münasibətləri və texnologiya sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər eyni zamanda Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağındakı vəziyyət və Fələstin ərazilərindəki son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar. Qətər, Rusiya-Ukrayna böhranının diplomatik yolla həll olunmasına dəstəyini bir daha ifadə edib.

Söhbət zamanı Qətərin Qəzzada atəşkəs razılaşmasının əldə olunmasına yönəlmiş vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Suriya və Livandakı son vəziyyət də müzakirə edilən mövzular arasında olub.

Məqalədə: #Rusiya #Qətər #Sergey Lavrov #Şeyx Təmim bin Həməd Al Sani Lusail #Rusiya Qətər münasibətləri #Lavrov Qətər Əmiri görüşü #Lavrov Yaxın Şərq səfəri #Sergey Lavrov Şeyx Təmim görüşü #Qətər Qəzza atəşkəs vasitəçiliyi

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.