5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Qəzzada uşaqların ölümü siyasi alətə çevrilməməlidir - Qətər

28 Aprel 2025 15:02
Qəzzada uşaqların ölümü siyasi alətə çevrilməməlidir - Qətər

BAKI, AzerVoice

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin “Qəzza zolağına hücumlarında qida və dərmanlardan silah kimi istifadə etməsinin dünyanın alnında utanc ləkəsi olduğunu” deyib.

AzerVoice xəbər verir ki, “Qlobal Təhlükəsizlik Forumu 2025” bu il Qətərin paytaxtı Dohada “qeyri-dövlət aktorlarının təsiri və onların qlobal təhlükəsizliyin formalaşmasında rolu” mövzusu ilə başlayıb.

Nazir Əl Taninin himayəsi ilə başlayan və aprelin 30-dək davam edəcək forumda liderlər, hökumət rəsmiləri, təhlükəsizlik ekspertləri və alimlər iştirak edir.

Forumun açılış sessiyasındakı çıxışında Əl Tani bildirib ki, hazırkı münaqişələr kollektiv siyasi iradənin olmaması və xırda maraqların sülh tələblərindən üstün tutulması səbəbindən davam edir; Bu vəziyyətin nəsillərin ümidsiz və çarəsiz böyüməsinə səbəb olduğunu söyləyib.

“Bizim həll yollarına baxışımız müharibələrə son qoymaqdan tutmuş inklüziv və həqiqi beynəlxalq öhdəlik vasitəsilə bərpa üçün möhkəm zəmin yaratmağa qədər dəyişir”. "Qəzza, Suriya, Sudan və Ukraynanın uşaqları sadəcə rəqəmlər deyil, onlar bizim gələcəyimizdir; onlar daha təhlükəsiz və daha humanist bir dünya yaratmaqda uğur və ya uğursuzluğumuzun əksidir", - deyə Əl Tani qeyd edib.

Əl Tani Qəzza və Suriyanın yenidən qurulması kimi məsələlərin çoxsaylı böhranlar səbəbilə beynəlxalq ictimaiyyətin gündəmində sadəcə xəyala çevrildiyini bildirib və bunları qeyd edib:

“Fələstin xalqını dəstəkləmək müzakirə edilə bilən siyasi bir mövqe deyil, daha çox inandığımız ədalət dəyərlərindən irəli gələn mənəvi və humanitar bir öhdəlikdir.

Dünyanın ən ağrılı və ən utanc verici hadisəsi Qəzzada yemək və dərmanların silah kimi istifadə edilməsidir; Uşaqların aclıqdan və soyuqdan ölməsindən xırda siyasi məqsədlərə çatmaq üçün istifadə etmək”.

Nazir Əl Tani Qətərin Qəzzada daimi və hərtərəfli atəşkəs və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün Misir, ABŞ və regional tərəfdaşlarla işləməyə davam edəcəyini vurğulayıb.

Məqalədə: #Qəzza #Fələstin #ABŞ #Misir #Qətər #Sudan #Ukrayna #Suriya #Fələstinlilərin məcburi köçü #Fələstinli məhbuslar #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin siyasəti #Fələstin liderliyi böhranı

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.