8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Hörmüz boğazının açılması əsas prioritetlərdəndir - Qətər

Qətər ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylərini davam etdirdiyini və əsas prioritetlərinin gərginliyin aradan qaldırılması, tərəflərin yenidən danışıqlar masasına qayıtması, eləcə də Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılması olduğunu bəyan edib.

4 Avqust 2026 16:25
Hörmüz boğazının açılması əsas prioritetlərdəndir - Qətər

BAKI,VOA, Fərid Mikayılov

Qətər ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylərini davam etdirdiyini və əsas prioritetlərinin gərginliyin aradan qaldırılması, tərəflərin yenidən danışıqlar masasına qayıtması, eləcə də Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılması olduğunu bəyan edib.

VOA Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Doha bölgədə gərginliyin dayandırılması məqsədilə tərəflərlə intensiv diplomatik təmaslar aparır.

"Prioritetimiz gərginliyi mümkün qədər tez dayandırmaq, diplomatik prosesə qayıtmaq və Hörmüz boğazını əvvəlki kimi sərbəst dəniz nəqliyyatı üçün yenidən açmaqdır", – deyə Ənsari bildirib.

Qətər rəsmisi qeyd edib ki, Hörmüz boğazının açılması ilə bağlı hələlik yekun razılaşma əldə olunmayıb. Bununla belə, tərəflər arasında razılaşma layihələrinin mübadiləsi aparılır və diplomatik danışıqlar davam edir.

Ənsari vurğulayıb ki, Qətər vasitəçi kimi İran və ABŞ-ı yenidən danışıqlar masasına qaytarmağa çalışır.

"Hazırda hər hansı razılaşma yoxdur. Əsas məqsədimiz diplomatik prosesin bərpasıdır", – deyə o əlavə edib.

Qətər XİN sözçüsü bildirib ki, Hörmüz boğazında gəmiçiliyin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı qərarlar region ölkələrinin iştirakı ilə müzakirə edilməlidir.

Qəzzadakı vəziyyətə toxunan Ənsari qeyd edib ki, Qətər, Misir və Türkiyə atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün səylərini davam etdirir.

O, İsrailin Qəzzada son hərbi əməliyyatlarının atəşkəs razılaşmasının icrasına mane olmağa yönəldiyini iddia edib və beynəlxalq ictimaiyyəti İsrailin öhdəliklərini yerinə yetirməsi, eləcə də Qəzza zolağından çıxması üçün təzyiq göstərməyə çağırıb.

Ənsari həmçinin bildirib ki, Qətər, Türkiyə və Misir İsrailin mülki şəxslərin, o cümlədən qadın və uşaqların həlak olması ilə nəticələnən hücumlarını pisləyir və bu addımların gərginliyin azaldılması səylərinə mənfi təsir göstərdiyini hesab edir.

Məqalədə: #İran #ABŞ #Qətər #Tehran #Vaşinqton #Hörmüz boğazı #ABŞ-İran müharibəsi

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.