4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

Qazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir”.

23 Avqust 2026 19:59
Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

BAKI,VOA

Qazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib.

VOA xəbər verir ki, ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir”.

Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 20:00-a regionlar üzrə seçici fəallığı belə olub:

Astana şəhəri – 51,67%

Abay vilayəti – 81,41%

Akmola vilayəti – 82,69%

Aktöbe vilayəti – 88,30%

Almatı vilayəti – 71,17%

Atırau vilayəti – 70,74%

Qərbi Qazaxıstan vilayəti – 73,38%

Jambıl vilayəti – 85,18%

Jetısu vilayəti – 91,19%

Qaragandı vilayəti – 76,28%

Kostanay vilayəti – 76,47%

Qızılorda vilayəti – 90,75%

Manqistau vilayəti – 71,38%

Pavlodar vilayəti – 71,20%

Şimali Qazaxıstan vilayəti – 77,31%

Türküstan vilayəti – 92,16%

Ulıtau vilayəti – 70,72%

Şərqi Qazaxıstan vilayəti – 87,50%

Almatı şəhəri – 43,23%

Şımkent şəhəri – 75,42%

Bundan əlavə, MSK bildirib ki, Astana vaxtı ilə saat 19:00-a olan vəziyyətə görə, Qazaxıstanın 61 ölkədəki xarici nümayəndəliklərində fəaliyyət göstərən 79 seçki məntəqəsinin hamısı işə başlayıb. Bu vaxta qədər 11 ölkədə səsvermə artıq başa çatıb.

Ümumilikdə xaricdə 11 402 seçici qeydiyyata alınıb. Göstərilən vaxta qədər onlardan 6 007 nəfər səs verib.

Səsverməni ən son ABŞ-ın San-Fransisko şəhərində yaşayan Qazaxıstan vətəndaşları başa vuracaqlar. Oradakı seçki məntəqəsi Astana vaxtı ilə saat 19:00-da fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda 1 iyul 2026-cı ildə qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər keçirilib.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Məqalədə: #Qazaxıstan #Qazaxıstan Mərkəzi Seçki Komissiyası #Qazaxıstanda Kurultay deputatlarının seçkiləri #seçici fəallığı

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

19:56
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.