7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Quran bələdçisi
Quran bələdçisi

Yusuf surəsi nədən bəhs edir?

Quranın 12-ci surəsi olan Yusuf surəsi 111 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surədə başdan-sona Yusif peyğəmbərin həyatı haqqında məlumat verildiyi üçün belə adlandırılmışdır.

28 Sentyabr 2025 22:58
Yusuf surəsi nədən bəhs edir?

BAKI,AzerVoice

Quranın 12-ci surəsi olan Yusuf surəsi 111 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surədə başdan-sona Yusif peyğəmbərin həyatı haqqında məlumat verildiyi üçün belə adlandırılmışdır.

Yusif yuxusunda on bir ulduzun, günəşin və ayın ona səcdə etdiyini görür; atası Yaqub bu röyanı qardaşlarına danışmamağı tapşırır və Allahın onu seçib röyaların yozumunu öyrədəcəyini müjdələyir. Qardaşlar atasının Yusifə sevgisinə qısqanaraq onu öldürməyi müzakirə edir, sonda quyuya atmaqla kifayətlənirlər. Axşam üstü Yaqubun yanına qanla boyanmış, amma cırığı olmayan köynəyi gətirib “qurt yedi” deyə iddia edirlər; Yaqub səssiz səbrə sığınır.

Quyudan su çəkməyə gələn karvan Yusifi tapır və onu Misirə aparıb saray əyanlarından Əziz adlı birinə satır. Əziz Yusifə yaxşı baxmağı tapşırır və övladlığa götürməyi belə dilə gətirir. Yusif yetkinləşəndə Əzizin zövcəsi (Züleyxa) onu yoldan çıxarmaq istəyir; Allahın “açıq dəlili/burhanı” Yusifi günahdan qoruyur. Hadisə üzə çıxanda şahidliklə Yusifin təmizə çıxdığı anlaşılır. Şəhər qadınlarının dedi-qodusunu kəsmək üçün Yusif zindana atılır.

Zindanda iki xidmətçinin röyalarını yozaqdan əvvəl Yusif onları tövhidə dəvət edir. Daha sonra kralın dəhşətli röyasını (yeddi bərəkətli ilin ardınca yeddi qıtlıq ili) Yusif həbsxanadan mesajla yozur və strateji ərzaq idarəçiliyini tövsiyə edir. Kral Yusifi çağıranda o, əvvəlcə öz barəsindəki ittihamların tam aydınlaşmasını tələb edir; qadınlar, o cümlədən Züleyxa Yusifin günahsızlığını etiraf edirlər. Yusif “nəfsimi təmizə çıxarmıram…” (12:53) deyə məşhur sözünü söyləyir. Kral ona maliyyə-taxıl idarəçiliyini tapşırır.

Qıtlıq illərində Kənan diyarından gələn qardaşları Yusifin yanına ərzaq üçün gəlirlər; Yusifi tanımırlar. O, onlara pay verir və ikinci gəlişdə kiçik qardaşı Bünyamini də gətirmələrini şərt qoyur. Planla kralın su qabı Bünyaminin yüklərində “tapılır” və beləliklə o, Misirdə qalır. Böyük qardaş Misiri tərk etmir, digərləri Yaquba qayıdır; Yaqub dərdindən gözlərinə ağ düşsə də ümidini itirmir və yenidən Mıisirə baş vurmağı tapşırır.

İkinci görüşdə Yusif özünü qardaşlarına tanıdır; onlara məzəmmət etməyəcəyini, Allahdan bağışlanma diləyəcəyini bildirir. Köynəyini göndərir ki, Yaqubun üzünə sürülsün və gözləri açılsın. Bütün ailə Misirə köçür, ata-ana taxtda ucaldılır, Yusifə təzim edilir; beləliklə, yuxu gerçəkləşir. Yusif dua ilə (12:101) hekayəni tamamlayır.

Məqalədə: #Quran surəsi #Quran #Yusuf surəsi

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?
İslam və həyat: Şəriət sualları

Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

26 İyul 12:00
Kəhf surəsi nədən bəhs edir?
Quran bələdçisi

Kəhf surəsi nədən bəhs edir?

19 İyul 05:36

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.