7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Ramazan bələdçisi: Tarix və hikmət
Ramazan bələdçisi: Tarix və hikmət

Həsən ibn Əliyə beyət, Sərkərdə Xalid ibn Vəlidin vəfatı və Kəlküttə faciəsindən Pakistanın yaranmasına qədər - Ramazanın xronologiyası

Tarixi salnamədə 18 Ramazan böyük dönüş nöqtələri ilə zəngin olan günlərdən biri kimi görünür. Bu gündə ümmət "Allahın qılıncı" Xalid ibn Vəlidi son mənzilə yola salmış, Kufə əhli çətin bir məqamda Həsən ibn Əliyə xilafət beyəti etmiş, eyni tarixdə Mərakeş və Əndəlüsdə dövlətlər süqut edib yeniləri qurulmuşdur. Bu gün elm, suverenlik və müqavimət arasındakı tarixi dinamikanın şahididir.

8 Mart 2026 05:30
Həsən ibn Əliyə beyət, Sərkərdə Xalid ibn Vəlidin vəfatı və Kəlküttə faciəsindən Pakistanın yaranmasına qədər - Ramazanın xronologiyası

BAKI,VOA

Tarixi salnamədə 18 Ramazan böyük dönüş nöqtələri ilə zəngin olan günlərdən biri kimi görünür. Bu gündə ümmət "Allahın qılıncı" Xalid ibn Vəlidi son mənzilə yola salmış, Kufə əhli çətin bir məqamda Həsən ibn Əliyə xilafət beyəti etmiş, eyni tarixdə Mərakeş və Əndəlüsdə dövlətlər süqut edib yeniləri qurulmuşdur. Bu gün elm, suverenlik və müqavimət arasındakı tarixi dinamikanın şahididir.

Həsən ibn Əliyə beyət edilməsi

İmam Əli ibn Əbi Talibin şəhadətindən sonra ümmət kritik bir məqamda rəhbərlik boşluğu ilə üzləşdi. Hicri 40-cı ilin 18 Ramazanında (miladi 661) Kufə əhli Həsən ibn Əliyə xilafət beyəti etdi və Qeys ibn Səd ibn Ubada beyət üçün ilk irəli çıxan şəxs oldu.

Onun xilafəti təxminən altı ay davam etdi. Bu müddətdə o, müsəlmanların qanının tökülməməsi üçün xilafəti Müaviyə ibn Əbu Süfyanın xeyrinə təhvil vermək qərarı ilə yüksək hikmət nümayiş etdirdi. "Camaat ili" (Amul-Camaa) kimi tanınan bu hadisə ilə babasının verdiyi vəd gerçəkləşdi. Peyğəmbər onun haqqında "Mənim bu oğlum seyyiddir (ağadır) və ola bilsin ki, Allah onun vasitəsilə iki böyük müsəlman qrupu arasında barışıq yaratsın".-demişdi.

Əhli-Sünnə vəl-Camaa alimlərinin və tarixçilərin böyük əksəriyyəti Həsən ibn Əlini (r.ə) beşinci Raşidi xəlifə hesab edirlər. Onlar bu məsələdə Peyğəmbərin azad etdiyi qulu Səfinənin rəvayət etdiyi hədisə əsaslanırlar: "Ümmətimdə xilafət otuz ildir, ondan sonra isə mülk (səltənət) dövrü gəlir".

İlk dörd xəlifənin (Əbu Bəkr, Ömər, Osman, Əli) xilafət müddətini hesabladıqda bunun təxminən 29 il 6 ay olduğunu görürük. Ramazan ayında atasının şəhadətindən sonra Həsən ibn Əliyə beyət edilməsi və onun Hicri 41-ci ilin Rəbiüləvvəl ayında Müaviyəyə güzəştə getməsi ilə 6 ay tamamlanmış və beləliklə, Peyğəmbər hədisində buyurulan 30 illik müddət başa çatmışdır.

"Allahın qılıncı"nın vəfatı

Hicri 21-ci ilin (miladi 642) bu günündə yüzdən çox döyüşdə məğlub olmamış, İraq və Şam fəthlərinin hərbi taktikalarının banisi Xalid ibn Vəlid Hums şəhərində vəfat etdi.

Həyatını at belində, döyüş meydanlarında keçirmiş Xalid öz yatağında vəfat edərkən tarixə düşən bu sözləri demişdir: "Mən bu qədər döyüşdə iştirak etdim, bədənimdə bir qarış yer yoxdur ki, orada qılınc, nizə və ya ox yarası olmasın. İndi isə dəvə kimi öz yatağımda ölürəm. Qorxaqların gözünə yuxu getməsin!"

Zühri və İbn Yunus.. Mətnin hamisi və ulduzların müşahidəçisi

Hicri 124-cü ilin (miladi 742) bu günündə sünnənin hamisi və ilk tərtibçilərindən biri olan İmam Zühri (Məhəmməd ibn Müslim) vəfat etdi. O, vəsiyyət etmişdi ki, yoldan keçənlər onun üçün dua etsinlər deyə Fələstin torpağında "yol kənarında" dəfn olunsun.

Həmçinin Hicri 398-ci ildə (miladi 1008) "rəqqas"ın (pendulum) ixtiraçısı və planetlərin hərəkətini inanılmaz dəqiqliklə qeydə aldığı "Əz-Zicül-Hakimi" əsərinin müəllifi, məşhur misirli astronom İbn Yunus vəfat etdi. O, saat və zaman fizikasına gedən yolu işıqlandırmışdır.

Əndəlüsdə birliyin bərpası

Hicri 484-cü ilin 18 Ramazanında (miladi 1091) Murabitlər lideri Yusif ibn Taşfin parçalanmış "Tayfa kralları" dövrünə son qoymağa və Kastiliya irəliləyişinə qarşı xalqın kömək çağırışı ilə Əndəlusu vahid bayraq altında birləşdirməyə nail oldu. Bu, Əndəlüsdə İslam varlığını daha bir neçə əsr uzatdı.

Bu hərəkət Murabitlərin "Zəllahə" döyüşündəki böyük qələbəsindən sonra baş verdi. Yusif ibn Taşfin anladı ki, "Tayfa kralları" yenidən parçalanma və Kastiliyalılarla barışıq siyasətinə qayıdıblar. O, dövrün alimlərindən (başda İmam Qəzali olmaqla) fətva aldı; alimlər Əndəlusu xilas etmək üçün həmin kralların vəzifədən kənarlaşdırılmasının vacib olduğunu bildirdilər. Murabitlər mühüm mərkəzləri ələ keçirərək Əndəlusu bir-biri ilə vuruşan əmirliklərdən Mərakeşdəki mərkəzi xilafətə tabe olan bir vilayətə çevirdilər.

Murabitlərin sonu və Müvəhhidlərin yüksəlişi

Tarixin təsadüfündən Hicri 539-cu ilin (miladi 1145) eyni günü Murabitlər dövlətinin sonu və Müvəhhidlər dövlətinin qurulmasına şahidlik etdi. Taşfin ibn Əli ibn Yusif ibn Taşfin, Əbdülmömin ibn Əlinin rəhbərlik etdiyi Müvəhhidlər ordusu ilə təqib zamanı həlak oldu. Onun ölümü ilə Murabitlər dövləti tarixə qarışdı və Mərakeş ilə Əndəlüsün coğrafiyasını yenidən formalaşdıran Müvəhhidlər dövrü başladı.

Bu mübarizə yalnız hərbi deyil, həm də iki məktəbin – Murabitlərin (ənənəvi fiqh məktəbi) və İbn Tumərtin rəhbərlik etdiyi Müvəhhidlərin (islahatçı əqidə məktəbi) toqquşması idi. Taşfin ibn Əli Oran mühasirəsi zamanı gecə vaxtı atı ilə qayadan yıxılaraq həlak oldu. Bu hadisə Murabitlərin mənəviyyatını çökdürdü və sonradan Müvəhhidlər paytaxt Mərakeşə daxil olaraq fəlsəfə və elmin (İbn Rüşd və İbn Tufeyl dövrü) zirvəyə çatdığı "Müvəhhid İmperiyası" dövrünü başlatdılar.

Pakistanın yaradılmasına zəmin

Hicri 1365-ci ilin (miladi 1946) bu günündə Kəlküttədə hindu və müsəlmanlar arasında baş verən qanlı toqquşmalarda təxminən 7 min insan həlak oldu. "Birbaşa fəaliyyət günü" kimi tanınan bu faciə yarımadanın bölünməsi və Pakistanın yaranması üçün həlledici zəmin hazırladı.

Bu qırğınlar Hindistan və Pakistanın yaranma ərəfəsində baş verdi. Məhəmməd Əli Cinnahın rəhbərlik etdiyi "Müsəlman Liqası", Hindistan Konqres Partiyasının inadkarlığına cavab olaraq, müsəlmanlar üçün müstəqil vətən tələbi ilə 16 avqust (18 Ramazan) tarixini "Birbaşa fəaliyyət günü" elan etdi. Kəlküttədə dinc etiraz aksiyası 3 gün davam edən qanlı küçə müharibəsinə çevrildi. Bu hadisə "geri dönüşü olmayan nöqtə" oldu; britaniyalılar və dünya anladı ki, vahid dövlətdə birgə yaşayış artıq qeyri-mümkündür və bu, növbəti il (1947) yarımadanın bölünməsi qərarını sürətləndirdi.

Məqalədə: #Xalid b. Vəlid #İslam tarixi xronologiyası #Həsən ibn Əliyə beyət #Sərkərdə Xalid ibn Vəlidin vəfatı #Həsən ibn Əli #Qeys ibn Səd ibn Ubada #18 Ramazan hadisələri #Həsən ibn Əli xilafəti #Xalid ibn Vəlid vəfatı #Murabitlər və Müvəhhidlər #Yusif ibn Taşfin Əndəlüs #İmam Zühri və İbn Yunus #Hindistan-Pakistan bölünməsi #Birbaşa fəaliyyət günü 1946

Mövzu üzrə digər xəbərlər

Müharibə, neft və güc: İran münaqişəsi petrodolların hegemonluğunu sarsıdır?
ArabAZ təhlil mərkəzi

Müharibə, neft və güc: İran münaqişəsi petrodolların hegemonluğunu sarsıdır?

27 Mart 12:36
Həqiqətlərin təhrifi: Boğazın əsl adı Hörmüz deyil, Xalid bin Vəlid olmalı idi
Hərb tarixi: Döyüş xronikası

Həqiqətlərin təhrifi: Boğazın əsl adı Hörmüz deyil, Xalid bin Vəlid olmalı idi

27 Mart 02:10
Fitrə zəkatının məbləği açıqlandı
Ramazan bələdçisi: Tarix və hikmət

Fitrə zəkatının məbləği açıqlandı

19 Mart 12:33
29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı
Ramazan bələdçisi: Tarix və hikmət

29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı

19 Mart 05:30

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.