7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Ramazan bələdçisi: Tarix və hikmət
Ramazan bələdçisi: Tarix və hikmət

Bütlərin yıxılması və Məkkənin fəthi – 20 Ramazan xronologiyası

Ramazan ayının iyirminci günü böyük İslam tarixində həlledici bir mərhələdir. Bu gündə Peyğəmbər (s.ə.s) Məkkədə şirkin səhifəsini bağlamış, bu gündə ümmətin sərhədlərini Sind diyarından Məğrib və Əndəlusun hüdudlarına qədər cızan böyük sərkərdələr doğulmuş və vəfat etmişdir. Bu gün qələbə, təvazökarlıq və güclənmə günüdür; istər Kəbənin ətrafındakı daş bütlər, istərsə də zalım imperiyalar olsun, bütlərin süqut etdiyi gündür.

10 Mart 2026 05:30
Bütlərin yıxılması və Məkkənin fəthi – 20 Ramazan xronologiyası

BAKI,VOA

Ramazan ayının iyirminci günü böyük İslam tarixində həlledici bir mərhələdir. Bu gündə Peyğəmbər (s.ə.s) Məkkədə şirkin səhifəsini bağlamış, bu gündə ümmətin sərhədlərini Sind diyarından Məğrib və Əndəlusun hüdudlarına qədər cızan böyük sərkərdələr doğulmuş və vəfat etmişdir. Bu gün qələbə, təvazökarlıq və güclənmə günüdür; istər Kəbənin ətrafındakı daş bütlər, istərsə də zalım imperiyalar olsun, bütlərin süqut etdiyi gündür.

Məkkənin fəthi

Qüreyşin Hüdeybiyyə sülhünü pozmasından sonra Peyğəmbər (s.ə.s) Hicri 8-ci / Miladi 630-cu ilin 20 Ramazanında 10 min nəfərlik bir ordu ilə fateh olaraq Məkkəyə daxil oldu.

Beytül-hərəmın təmizlənməsi

Peyğəmbər (s.ə.s) "Fəth" surəsini oxuyaraq təvazökarlıqla Məkkəyə daxil oldu və birbaşa müqəddəs Kəbəyə yönəldi. Kəbənin həyətində 360 büt var idi. O, əlindəki yay ilə onları dürtməyə və belə deməyə başladı: "De: "Haqq gəldi, batil pərişan oldu. Həqiqətən də, batil puç olmağa məhkumdur"". Peyğəmbər cahiliyyət dövrünə hər hansı bir qayıdışın qarşısını almaq üçün dərhal şirk rəmzlərini yox etdi və bununla da hakimiyyətə gələn kimi fəsad yaradan amillərin aradan qaldırılması qaydasının əsasını qoydu.

Gücü çatdığı halda bağışlamağın zirvəsini təcəssüm etdirən bir mənzərədə, Məkkə əhli cərgələrə düzülərək Peyğəmbərin onlar haqqında verəcəyi hökmü gözləyirdi.

O "Ey Qüreyş camaatı, mənim sizinlə necə rəftar edəcəyimi düşünürsünüz?". – dedi. Onlar "Sən kərim bir qardaş və kərim bir qardaş oğlusan".-dedilər. Buna cavab olaraq Peyğəmbər (s.ə.s) buyurdu: "Bu gün sizə heç bir qınaq yoxdur. Gedin, siz azadsınız". Sonra Bilal ibn Rəbah Kəbənin üstünə çıxıb azan oxumağı əmr etdi və bununla da İslamın suverenliyini elan etdi.

Qeyrəvan şəhərinin və onun məscidinin inşası (50 – 55 h.)

Sərkərdə Üqbə ibn Nafi Tunisdə Böyük Qeyrəvan məscidinin son kərpiclərini qoydu. Qeyrəvan sadəcə bir şəhər deyildi, o, Afrikanın qəlbində hərbi və strateji təchizat bazası idi. Üqbə orada məscid və idarəçilik binası (darül-imarə) tikdirdi ki, bura Məğrib və Əndəlus fəthlərinin başlanğıc nöqtəsi, həmçinin ərəb dilinin öyrədilməsi və bərbər qəbilələri arasında İslamın yayılması mərkəzi olsun.

Üqbə Böyük məscidin mehrabını son dərəcə diqqətlə yerləşdirdi. Rəvayətə görə, oradakı qiblənin müəyyən edilməsi bir kəramət və ya tarixçilərin şahidlik etdiyi həndəsi dəqiqliklə həyata keçirilmişdi. Məscid Məğrib bölgəsindəki ilk İslam universitetinə çevrildi. Burada yalnız din tədris edilmirdi, həm də amaziq (bərbər) qəbilələrinin ərəbləşdirilməsi və dövlət strukturuna inteqrasiyası mərkəzi idi.

Qahirədəki Əl-Müəyyəd Şeyx məscidi (824 h.): Zindanın qaranlığından minarələrin nuruna

Bu məscidin unikallığı əhdə vəfa hekayəsində gizlənir. Sultan Əl-Müəyyəd Şeyx "Şəmail xəzinəsi" adlı (o dövrdə məmlüklərin ən dəhşətli zindanı) zindanda məhbus idi. O, burada birələrdən və qaranlıqdan əziyyət çəkərkən, əgər Allah ona hakimiyyət nəsib edərsə, bu zindanı məscidə çevirəcəyinə dair əhd etmişdi.

Sultan məşhur Züveylə qapısından məscidin iki minarəsi üçün bünövrə kimi istifadə etdi ki, bu da unikal memarlıq ixtirasıdır. Həmçinin, böyüklüyünə görə Sultan Həsən mədrəsəsindən nəhəng mis qapı da buraya köçürüldü. Əl-Məqrizi bu məscidi "Qahirədə gözəllik və əzəmətinə görə bənzəri tikilməmiş bir məscid" kimi təsvir etmişdir.

Buveyhi "Fəxr əd-Dövlə"nin vəfatı (387 h.): Hegemonluğun parçalanmasının başlanğıcı

Fəxr əd-Dövlə Əli ibn Rükn əd-Dövlə Bağdadda və İranda Abbasilər xilafətini nəzarətdə saxlayan Buveyhilər nüfuzunun zirvəsini təmsil edirdi. Onun dövründə dövlət ən böyük gücünə çatdı, lakin bu dövr eyni zamanda onun böyük vəziri Əs-Sahib ibn Əbbad ilə münaqişəsi ilə yadda qaldı.

Onun 20 Ramazanda vəfat etməsi ilə oğulları arasındakı çəkişmələr nəticəsində Buveyhilər sülaləsinin birliyi dağıldı. Bu, yüksəlməkdə olan sünni qüvvələrin – şərqdən Qəznəvilərin, daha sonra isə Buveyhi mövcudluğuna tamamilə son qoyan Səlcuqların ortaya çıxmasına zəmin yaratdı.

Hafiz İbn əs-Salah (643 h.): Hədis elmlərini sistemləşdirən alim

Hədis elmlərinin kitabların səhifələrində dağınıq olduğu bir vaxtda, Dəməşqdəki Əşrəfiyyə mədrəsəsində Osman ibn Əbdürrəhman (İbn əs-Salah) öz məşhur "Müqəddimə"sini qələmə aldı.

O, sadəcə bir müəllif deyildi; o, (səhih, həsən, zəif kimi) terminləri qəti şəkildə sistemləşdirən şəxs idi. Onun 20 Ramazanda vəfatından sonra gələn bütün hafizlər (İbn Həcər və Ən-Nəvəvi kimi) onun kitablarından bəhrələnmişdilər və bu, onu sonrakı əsrlərdə hədis elmi üçün bir nömrəli istinad mənbəyinə çevirdi.

Molla Sədra (1050 h.): Uca hikmət inqilabı

Sədrəddin Şirazi məşşai, işraqi fəlsəfəsi və irfan arasında bir körpü hesab olunur. O, ağıl, vəhy və kəşf arasında uzlaşma yaratmağa çalışan "Hikmətül-Mütəaliyə" (Uca Hikmət) məktəbini qurdu.

O, cəsur fikirlərinə görə sürgün və təqiblərə məruz qalmış, illərlə Kəhək kəndində təcrid olunmuş vəziyyətdə təfəkkürlə məşğul olmuşdur. Onun 20 Ramazanda (yeddinci dəfə piyada həccə gedərkən) vəfat etməsi, "vücudun əsaləti" anlayışı ilə həm şiə, həm də sünni təfəkkürünə təsir göstərən ən böyük İslam filosoflarından birinin səhifəsini bağladı.

Məqalədə: #Məkkənin fəthi #Ramazan 2026 #20 Ramazan xronikası: Məkkənin fəthindən İslam elmlərinin inkişafına qədər olan böyük tarixi yol #Bütlərin yıxıldığı və dövlətlərin qurulduğu gün: 20 Ramazanda baş verən həlledici hadisələr #Üqbə ibn Nafi #Qeyrəvan məscidi

Mövzu üzrə digər xəbərlər

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı
Ramazan bələdçisi: Tarix və hikmət

29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı

19 Mart 05:30
Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib
Cəmiyyət

Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib

16 Mart 11:39
Osmanlı qurucusunun vəfatı və Həsən ibn Əlinin əqiqəsi - 21 Ramazan xronikası
Ramazan bələdçisi: Tarix və hikmət

Osmanlı qurucusunun vəfatı və Həsən ibn Əlinin əqiqəsi - 21 Ramazan xronikası

11 Mart 05:30

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.