7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Ramazan bələdçisi: Tarix və hikmət
Ramazan bələdçisi: Tarix və hikmət

Xilafəti Misirdən İstanbula köçürən 3 böyük hadisə - 26 Ramazan xronologiyası

İslam yaddaşında Ramazan ayının iyirmi altısı həlledici bir gün hesab olunur. Bu tarixdə "Çətinlik saatı"ndan müsəlmanlar üçün bir yüngüllük gəlib, "Elmin Nəfisəsi"nin gəlişi ilə Misirdə Əhli-beyt elmi mirası kök salıb, həmçinin İslam xilafətinin xəritəsini Qahirədən İstanbula köçürən böyük geosiyasi dəyişikliklər baş verib.

16 Mart 2026 05:30
Xilafəti Misirdən İstanbula köçürən 3 böyük hadisə - 26 Ramazan xronologiyası

BAKI,VOA

İslam yaddaşında Ramazan ayının iyirmi altısı həlledici bir gün hesab olunur. Bu tarixdə "Çətinlik saatı"ndan müsəlmanlar üçün bir yüngüllük gəlib, "Elmin Nəfisəsi"nin gəlişi ilə Misirdə Əhli-beyt elmi mirası kök salıb, həmçinin İslam xilafətinin xəritəsini Qahirədən İstanbula köçürən böyük geosiyasi dəyişikliklər baş verib.

"Çətinlik saatı"nın sonu (H. 9 / M. 630)

Hicri 9-cu ilin 26 Ramazanında Təbuk qəzvasından qayıdış sadəcə yorucu bir səfərdən dönən ordunun gəlişi deyil, Peyğəmbərin (s) rəhbərlik etdiyi strateji "güc nümayişi"nin uğuru idi. Təbuk qəzvası sübut etdi ki, yeni yaranan dövlət Bizans imperiyasını öz sərhədlərində təhdid etmək iqtidarındadır. Bu hərəkat müsəlmanlara böyük nəticələr qazandırdı:

İslam sıralarının saflaşması: Çətinlik sınağı müsəlmanların gücünü tamladı, əqidə saflığını üzə çıxardı və münafiqləri sıradan çıxardı.

Bizans qorxusunun qırılması: Qeysər müsəlmanlarla qarşıdurmanın öz hakimiyyətinə son qoyacağından çəkinərək sərhəddən geri çəkildi.

İslam dövlətinin xəritəsinin genişlənməsi: Əvvəllər Bizansa sadiq olan ərəb qəbilələri müsəlmanlara beyət etdi və "məğlubedilməz Bizans" əfsanəsinə son qoyuldu.

"Elmin Nəfisəsi"nin Misirə gəlişi (H. 193 / M. 809)

Hicri 193-cü ilin bu günündə Həsən bin Zeydin qızı Seyyidə Nəfisənin Qahirəyə gəlişi Misirin elmi və mənəvi həyatını kökündən dəyişdi. Onun gəlişi sadəcə dini bir köç deyil, qızıl elmi dövrün başlanğıcı idi. Onun adı İmam Şafei ilə sıx bağlı idi; İmam onu ziyarət edər, ondan fətva istəyərdi. Rəvayətə görə, imam Şafii vəfat etdikdə cənazə namazının Seyyidə Nəfisə tərəfindən qılınmasını vəsiyyət etmiş və bu namaz onun evində qılınmışdır.

Seyyidə Nəfisə öz evini qabaqcıl bir elmi məktəbə çevirərək, o dövrdə elmi məclislərdəki kişi inhisarını qırdı və qadına fətva istehsalında və hədis yayılmasında mərkəzi rol qazandırdı.

Xilafətin Qahirədən İstanbula keçməsi

Hicri 923-cü ilin (Miladi 1517) Ramazan ayının sonunda "Reydaniyyə" döyüşündən sonra Osmanlı idarəçiliyi Misirdə tam bərqərar oldu. Məmlük dövlətinin süqutu ilə Osmanlıların Misir, Şam və Hicaz üzərində hakimiyyəti möhkəmləndi. Bu tarixdə "Hərəmeyn əmanətləri" (Məkkə və Mədinənin müqəddəs əşyaları) Sultan Səlim Yavuzun təslim edildi və onun titulu "İki quru və iki dənizin sultanı"ndan "Xidmətçisi"nə (Xadimi-Hərəmeyn) çevrildi. Son Abbasi xəlifəsi Əl-Mütəvəkkil Əlallahın Qahirədə öz haqqından imtina etməsi ilə xilafət rəsmən Osmanlı sülaləsinə keçdi. Bu, İslam dünyasının idarə edilməsindəki Misir mərkəzçiliyinə son qoyaraq siyasi qərar mərkəzini İstanbuldakı "Ali Qapı"ya (Babıali) köçürdü.

Digər tarixi hadisələr

Bədrəddin əl-Ayni (H. 762): Hicri 8-cü əsrin ən böyük zəkalarından biri, "Umdətul-Qari" (Səhih əl-Buxarinin şərhi) əsərinin müəllifi olan İmam Bədrəddin əl-Ayni bu gün doğulub.

Nasir Məhəmməd bin Qalavunun manevri (H. 708): Nasir Məhəmməd bu gün taktiki bir qərarla Misiri tərk edərək Kərəkə getdi. Bu "geri çəkilmə" onun sonradan ən uzun və sabit hakimiyyət dövrünə (üçüncü vəlayətinə) zəmin hazırladı.

Zənclərin üsyanı (H. 255): Bəsrədə Əli bin Məhəmmədin rəhbərliyi ilə başlayan bu üsyan Abbasi xilafətinin üzləşdiyi ən təhlükəli sosial və iqtisadi üsyan idi. 14 il davam edən üsyan dövlətin resurslarını tükətdi və İraqdakı işçi strukturunu dəyişdi.

Məqalədə: #Bizans imperiyası #17 Ramazan: Bədr zəfərindən Raşidi xilafətin sonuna gedən yol #26 Ramazan: Xilafətin İstanbula keçdiyi və Təbuk qəzvasının zəfər günü #26 Ramazan #Seyyidə Nəfisə Misirdə: Elmi məclislərdə qadın inqilabının tarixi #Seyyidə Nəfisə #Osmanlıların Misir fəthi: Xadimi-Hərəmeyn titulunun doğuşu #Osmanlı xilafəti #Təbuk

Mövzu üzrə digər xəbərlər

Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?
ArabAZ təhlil mərkəzi

Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

31 May 12:00
Tövbə surəsi nədən bəhs edir - Niyə surəsinin başında Bəsmələ yoxdur?
Quran bələdçisi

Tövbə surəsi nədən bəhs edir - Niyə surəsinin başında Bəsmələ yoxdur?

10 May 22:00
Tarixdə bu gün – 7 May
Tarixdə bu gün

Tarixdə bu gün – 7 May

7 May 00:01
Trampın İranda məhv etmək istədiyi mədəniyyət fars yoxsa türk mədəniyyətidir?
ArabAZ təhlil mərkəzi

Trampın İranda məhv etmək istədiyi mədəniyyət fars yoxsa türk mədəniyyətidir?

26 Aprel 10:08

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.