6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir? Səhabə həyatı
Səhabə həyatı

Həmzə islamı necə qəbul etdi?

16 Fevral 2025 10:37
Həmzə islamı necə qəbul etdi?

BAKI,AzerVoice

İslam tarixində ən sevilən şəxslərdən biri də, Allah'ın Arslanı" və "Şəhidlərin Əfəndisi" ləqədbləri ilə tanınan peyğəmbərin əmisi olan həzrəti Həmzədir.

Həmzə peyğəmbərimizin əmilərinin ən kiçiyidir. Atası Abdulmuttalib, anası isə Halədir. Rəsulullah onu çox sevirdi. Çünki o, təkcə onun sevimli əmisi deyil, həm də süd qardaşı və uşaqlıq dostu idi. Hər ikisinin uşaqlıq illəri bir yerdə keçmişdi.

Həmzə islamı necə qəbul etdi?
Qüreyşlilər arasında qəhrəmanlığı və şücaəti ilə məşhur olan Həmzə məkkəli gənclərin ən qəhrəmanı idi. O, qardaş oğlunun (Peyğşmbərin) əxlaqi mükəmməlliyini bilir, onu sevir və olduqca hörmət edirdi. Peyğəmbər ticarətlə məşğul olduğu zaman böyük həsrətlə karvanına qoşulmaq istəyirdi. Aşağıdakı hadisə onun İslama gəlməsinə səbəb oldu:
Bir gün sevimli peyğəmbərimiz Səfa təpəsində oturarkən Əbu Cəhl yanından keçib onu təhqir etdi. peyğəmbərimiz heç nə demədən susdu. Abdullah b. Cüd'anın cariyəsi bunun şahidi oldu. O zaman Həmzə də ovdan qayıdırdı və həmişə olduğu kimi, evə getməzdən əvvəl Kəbəni təvaf etmək üçün Hərəmi-Şərifə gəldi. Abdullahın cariyəsi onu görəndə Əbu Cəhlin peyğəmbərimizə etdiklərini Həmzəyə anlatdı.
Həmzə hələ iman gətirməmişdir. Lakin qardaşı oğlunun ünvanına edilən təhqirləri eşidəndə qohumluq əlaqəsi coşdu və o, birbaşa Qüreyş camaatının içinə getdi və Əbu Cəhlə yaxınlaşaraq dedi: “Qardaşımın xətrinə dəyən sənsən?” dedi və bundan sonra da əlindəki ox ilə başını yardı. Bu hadisəni görən Qüreyşlilər Həmzəyə hücum etmək istəsələr də Əbu Cəhl “ Dayanın Həmzənin buna haqqı var. Mən onu qardaşı oğlunu təhqir etmişdim” deyir.
Əbu Cəhlin ən ehtiyat etdiyi şey, Həmzənin müsəlman olması idi.
Əbu Cəhl açıq çəkildə "Həmzə bizə qəzəblənsə müsəlman olacaq və Məhəmməd onunla güclənəcək”-deyirdi.
Bu hadisədən sonra Həmzə peyğəmbərin yanına gələrək ona təsəlli vermək istədi. Peyğəmbər ona İslamı qəbul etməyi təklif etdi və Həmzə dərhal şəhadət gətirərək İslamı qəbul etdi.

Həmzə İslamın ilk bayraqdarı oldu.
Peyğəmbər Bədrdə "Qalx, Übeydə! Qalx, Həmzə! Qalx, ya Əli!" deyəndə; Üçü də ayağa qalxıb döyüş meydanına girdədilər.
Həmzə Uhudda da böyük qəhrəmanlıqlar göstərdi. O, Qüreyşin ən qüdrətli üzvlərindən otuz nəfərə yaxınını məğlub etdi, özü də iyirmidən çox yara aldı və nəhayət, Vəhşi adlı zənci kölə tərəfindən atılan nizə şəhid edildi.Peyğəmbər nə zaman Uhud döyüşündən danışardı sa Həmzəni yad edər və “Həmzə şəhidlərin əfəndisidir”- deyərdi.

Məqalədə: #Səhabə həyatı #islam #İslam tarixi #Peyğəmbərimizin Həyatı #Səhabə #Məhəmməd Peyğəmbər #Peyğəmbər duaları

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

12:00
İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.