5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar Səhabə həyatı
Səhabə həyatı

Əmmar ibn Yasir: Hicrətdən Şəhadətə Uzanan Bir Həyat

Əmmar ibn Yasir, imanından dönməyən əzmi, şəhid ailəsinin övladı və İslam uğrunda mübarizəsi ilə tarixdə silinməz iz qoymuş səhabələrdən biridir.

3 Aprel 2025 14:15
Əmmar ibn Yasir: Hicrətdən Şəhadətə Uzanan Bir Həyat

BAKI,AzerVoice

Əmmar ibn Yasir (37/658-ci ildəvəfat etmişdir) Məhəmməd peyğəmbərin ən məşhur səhabələrindən biri olmuşdur. Onun atası əslən Yəmənli idi. O, Məkkəyə hicrət etdikdən sonra onun Əmmar adında oğlu doğulmuşdur. O, İslamı ilk qəbul edənlərdən olmuşdur.

Əmmar ibn Yasir Ərqəmin evində müsəlmanların yığıncaqlarında iştirak etmişdir. Onunla birlikdə ata və anası da İslamı qəbul etmişdirlər.

Buna görə də o, ailəsi ilə birlikdə qüreyşlilərin təqiblərinə məruz qalmışdır. Ancaq, onun və ailəsinin durumu daha ağır idi.

Çünki, onun atası məkkəli deyil idi, anası isə məhzümilər qəbiləsinin qulluqçusu olmuşdur. Buna görə də, onun sahibləri bu ailəyə onları İslamdan imtina etmək üçün təzyiqlər edirdilər. Ancaq, müsəlmanların inancı çox güclü olduğundan onlar bütün bu təzyiqlərə dözərək bu işgəncələri bir sınaq hesab edirdilər. Əmmar və yaxınları bütün bunlara sinə gələrək İslamdan dönmədilər.

Heç bir şey əldə etməyən qureyşlilər isə öncə Əmmarın anası Sümeyyəni, sonra isə onun atasını öldürdülər. Buna səbəbdən də Sümeyyə İslam tarixində inancı uğrunda ilk şəhid olmuş qadındır.

Bütpərəstlər Əmmara da ağır işgəncələr vermişdirlər.

Təqiblərdən qurtulmaq üçün Mədinəyə hicrət edən ilk müsəlmanlardan biri də Əmmar olmuşdur. Orada o, İslamın güclənməsi üçün bütün fəaliyyətlərdə iştirak etmiş, Bədrdən Təbuk döyüşünə qədər bütün müharibələrdə İslam ordusunun sıralarında döyüşmüşdür.

Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə Əmmar Yəmmamədəki dindən çıxmış ərəb qəbilələrinə qarşı müharibədə iştirak etmişdir. İkinci Raşidi xəlifə Ömər isə onu Kufə valisi vəzifəsinə təyin etmişdir. Bu vəzifədə o təxminən iki il işləmiş, sonra onun yerinə Əbu Musa Əşari keçmişdir.

Üçüncü Raşidi xəlifə Osmanın dövründə Əmmar onun ən inandığı şəxslərdən biri olmuşdur. Osmanın göstərişi ilə o, Misirə gedib oradakı siyasi durumu öyrənmiş, bu bölgədə başlayacaq üsyan xəbərini xəlifəyə çatdırmışdır.

Dördüncü Raşidi xəlifə Əlinin dövründə isə Əmmar onun xəlifəliyini tanımış və Xilafətdə başlayan daxili savaşda onun ordusunda vuruşmuşdur. O, Süffeyn döyüşündə həlak olmuşdur.

Məqalədə: #İslam irsi #Səhabə həyatı #İslam tarixi #İslam mədəniyyəti #Azərbaycan İslam ensiklopediyası #Məkkədə İslam irsi #Əmmar ibn Yasirin həyatı #İslamın ilk şəhid qadını Sümeyyə #Peyğəmbərin səhabələri #Raşidi xəlifələr dövrü #Süffeyn döyüşü tarixi #Kufə valisi Əmmar #Bədr döyüşündə iştirak edənlər #İslam tarixi şəxsiyyətləri #İlk müsəlmanlar #Əmmar ibn Yasirin şəhid olması #Əbu Bəkr dövrü döyüşləri #Ömər ibn Xəttab və Kufə #Osman ibn Affan dövründə Misir #Əli ibn Əbu Talibin tərəfdarları #Əmmar ibn Yasir kim olmuşdur? #Əmmar ibn Yasir necə şəhid olmuşdur? #Əmmar ibn Yasirin ailəsi İslamı nə vaxt qəbul etdi? #Əmmarın anası Sümeyyə kimdir və necə öldürüldü? #İlk şəhid qadın kimdir?

Mövzu üzrə digər xəbərlər

İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.