7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Fartima - Müsəlman qiyafəsində Məkkəya daxil olan italyan casus

Müsəlman şərqi hər zaman dünyanın diqqət mərkəzində olub və yəqin ki, bundan sonra da olmağa davam edəcək. Larousse Ensiklopediyasında Şərqşünas məqaləsində “Şərq, onun mədəniyyəti və ədəbiyyatı” haqqında geniş məqalə mövcuddur. Bu gün bir çox şərqşünaslar məhz bu məqalədən ilhamlanaraq şərqi araşdırır və tədqiq edirlər.

5 Yanvar 2025 03:00
Fartima - Müsəlman qiyafəsində Məkkəya daxil olan italyan casus

Bakı. AzerVoice / Arab.AZ

Müsəlman şərqi hər zaman dünyanın diqqət mərkəzində olub və yəqin ki, bundan sonra da olmağa davam edəcək. Larousse Ensiklopediyasında Şərqşünas məqaləsində “Şərq, onun mədəniyyəti və ədəbiyyatı” haqqında geniş məqalə mövcuddur. Bu gün bir çox şərqşünaslar məhz bu məqalədən ilhamlanaraq şərqi araşdırır və tədqiq edirlər.

Onların bir çoxunun marağı Məkkəyə yönəlmişdi, onun tarixini öyrənməkdən çox, müsəlmanların hər il Həcc ziyarətinə getməsinin səbəblərini öyrənmək idi.

Oradakı ictimai həyatla tanış olmaq üçün İtaliyanın Bolonya şəhərində anadan olan simalardan biri də, “Di Ludovico Vartima” idi. O da bir çox şərqşünas casus kimi Məkkəyə müsəlman kimi daxil olmuşdu.

Sonradan Hacı Yunus əl-Məsri kimi tanınan, bu casus Məmlük əsgərlərə rüşvət verdikdən sonra Dəməşqdən Hicaza gedən Həcc karvanına qoşula bildi. Bunun üçün o hətta məmlüklərə məxsus libas geyinmişdi.

Fartima və ya Yunus əl-Məsri Məkkəyə çatmazdan əvvəl, 1503-cü il mayın 9-da gəldiyi Mədinədə dörd gün qaldı. Fartima bəzi səhvlərə yol versə də, Mədinə onun ziyarət etdiyi ilk müqəddəs yer idi. Onun səhvlər etməsinin başlıca səbəbi lk növbədə onun bəzi məsələlərdən xəbərsiz olması və xristian mədəniyyətinə məxsus olması idi.

Bununla belə, o, Peyğəmbər məscidinin dəqiq təsvirini vermiş, onun sahəsini 100 pillə uzunluğu və 80 eni, 400 sütun və 3000 çıraq olduğunu dəqiq təsvir edə bilmişdi.

1503-cü il mayın 18-də Məkkəyə gəldikdən sonra o, buranı gözəl tikilmiş heyrətamiz gözəl bir şəhər kimi təsvir etdi və o, indiyə qədər heç vaxt belə bolluq və kütləvi izdiham görmədiyini qeyd etmişdi.

O, Şam və Misirdən Həcc ziyarəti üçün Məkkəyə gələn müsəlmanların sayına və milliyyətinə heyran qalaraq yazırdı : “Doğrusunu sizə deyirəm, mən heç vaxt Məkkədə gördüyüm kimi böyük bir izdiham görməmişəm. Məscidül-həramın içərisinə girəndə burnuma müşk qoxusu gəldi. Məsciddə hiss etdiyim qoxuların əzəmətini sizə təsvir etmək çətindir”

O yazılarında Məscidül-həramın 90 qapısı olduğunu qeyd edirdi və Ərəfa dağı və Ərəfa günü haqqında olduqca dəqiq təsvirlər verirdi.

Müqəddəs Kəbəni təsvir etməsinə gəlincə, o, “Şəhərin ortasındakı məbəd (Kəbə nəzərdə tutulur) Romadakı Rodos Kolosunun nəhəng heykəlinə bənzəyirdi.Alebastrdan və ya Suriya daşından deyil, yanmış kirəmitdən tikilmiş bir Roma teatrının arenası, girişdə hər iki tərəfdəki qızılla örtülmüş divarlar, tağlı boşluqların altında misilsiz bir əzəmətlə parıldayırdı Kəbə.İnsanlar ipəklə işlənmiş qalın bir parçaya bükülmüş arenanın ərtafında fırlanırlar”- yazırdı.

O, Məkkədə məscidin ərtafında heç kim tərəfindən ovlanmayan və hücuma məruz qalmayan göyərçinlərə də diqqət yetirmiş və hətta onların sayının 15-20 min arasında olduğunu bildirmişdir.

Zəmzəm quyusu ilə bağlı Fartima öz qeydlərində belə deyirdi : “Bu quyuda 6 və ya 8 nəfər camaat üçün su çəkməyə və paylamağa dayanır. İnsanlar Kəbənin ətrafında 7 dövrə təvafı bitirdikdən sonra üzlərini bu quyuya tutub gəlirlər. Quyudan su çəkənlər hər hacıya başdan ayağa üç vedrə tökür, hamı bu sudan istifadə edir”

Fartima (Fartema’s Travels – Hajj Yunus Al-Masry) adını daşıyan kitabında Həcc ziyarətini “Kəffarə günü”, zəvvarları isə “bütpərəstlər” adlandırıb və Kəbə haqqında onun “daş məbəd” olduğunu bildirib, sonra Həcc xütbəsinin şeyxi haqqında “kahin” olduğunu” söyləyib..

Fartima səyahəti boyu özünü müsəlman kimi göstərirdi, baxmayaraq ki, onun niyyəti başqa idi. Daha sonradan onun müsılman deyil xristian bir casus olduğu ortaya çıxdı. O Yaxım Şərqdə olduğu müddət ərzində bir çox ölkəni gəzə bildi. Ərəbistan yarımadansıdan ayrılaraq, İrana, Həbəşistana, Hindistana səfər edir və sonra da sağ-salamat Romaya qayıdır.

Əhməd Hələbi / Səudiyyəli araşdırmaçı yazar
[email protected]

Məqalədə: #Əhməd Hələbi

Mövzu üzrə digər xəbərlər

İbrahim Məqamının Sirrləri: Quranda və Tarixdə Yeri
İslam və Tarix

İbrahim Məqamının Sirrləri: Quranda və Tarixdə Yeri

20 May 08:47
Zübeydə xanımdan Kral Salmana: Həcc ziyarətçiləri üçün su xidmətləri
ArabAZ təhlil mərkəzi

Zübeydə xanımdan Kral Salmana: Həcc ziyarətçiləri üçün su xidmətləri

23 Sentyabr 2025 09:00
Çarlz Daouti Ramazan ayı ilə bağlı müsəlmanların təəssüratlarını önə çıxarır
ArabAZ təhlil mərkəzi

Çarlz Daouti Ramazan ayı ilə bağlı müsəlmanların təəssüratlarını önə çıxarır

13 Sentyabr 2025 10:15
Alman şərqşünası Con Vayldın Həcc səfəri müşahidələri
ArabAZ təhlil mərkəzi

Alman şərqşünası Con Vayldın Həcc səfəri müşahidələri

9 Sentyabr 2025 10:00

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.