12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.

10 Noyabr 2025 20:09
Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Əl-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək.

AzerVoice arabnews-a istinadən xəbər verir ki, tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.

Elmi sessiyalar böyük Körfəz mərkəzlərində radiasiya terapiyası və onkologiya sahəsində son yeniliklərin müzakirəsi ilə başlayacaq. Məruzəçilər arasında Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, Küveyt və BƏƏ-dən mütəxəssislər yer alacaq.

Həmçinin Misir, İordaniya, Mərakeş, Türkiyə və İraq üzrə modern xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq.

Səudiyyəli ixtisaslaşdırılmış tibb qrupu proton terapiyasının inkişafı istiqamətində görülən işləri təqdim edəcək. Bu texnologiya xüsusilə uşaqlarda radiasiyaya bağlı fəsadların azalmasına kömək edir və Krallıqda tətbiq prosesində üzləşilən çağırışlar vurğulanacaq.

Klivlend Klinikasının Radiasiya Onkologiyası şöbəsinin rəhbəri professor Fadi Geara karbon ion terapiyası barədə təqdimat edəcək və Əbu-Dabidə inşa edilən müalicə mərkəzinin inkişaf planlarını açıqlayacaq. Bu innovativ hissəcik terapiyası, xüsusilə ənənəvi müalicəyə davamlı olan şişlərin hədəflənməsində yüksək dəqiqlik göstərir.

İordaniyadakı Kral Hüseyn Xərçəng Mərkəzi regionda ilk dəfə tətbiq edilən MR-nəzarətli radioterapiya ilə bağlı təcrübəsini bölüşəcək.

Proqrama multidissiplinar xərçəng müalicəsi, fundamental və tətbiqi tədqiqatlar, klinik sınaqlar üzrə sessiyalar, həmçinin xəstələr və mütəxəssislər üçün interaktiv platforma və tibbi texnologiya şirkətlərinin iştirakı ilə texniki sərgi daxildir.

Konfransın rəhbəri Dr. Saad əl-Rəşidi bildirib ki, tədbirin Əl-Faysal Universitetində keçirilməsi Krallığın tibbi bilik və texnologiyaya investisiya siyasətinin göstəricisidir.
Onun sözlərinə görə, konfrans iştirakçı sayına və elmi məruzələrin səviyyəsinə görə hər il genişlənir və Yaxın Şərqdə radiasiya texnologiyası üzrə təcrübə mübadiləsi üçün aparıcı platformaya çevrilib.

Məqalədə: #Türkiyə #Küveyt #BƏƏ #Səudiyyə Ərəbistanı #Misir #Qətər #İraq #Mərakeş #İordaniya #Oman #Bəhreyn #Ər-Riyad #Əbu-Dabi #Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyəti #Al-Faysal Universiteti #süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları #proton terapiyası #Fadi Geara #karbon ion terapiyası #Klivlend Klinikasının Radiasiya Onkologiyası şöbəsi #İordaniyadakı Kral Hüseyn Xərçəng Mərkəzi #MR-nəzarətli radioterapiya #multidissiplinar xərçəng müalicəsi #Dr. Saad əl-Rəşidi #Yaxın Şərqdə radiasiya texnologiyaları #Süni intelek və tibb

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
Səudiyyə Ərəbistanı

CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib

11 Sentyabr 19:47
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.