14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı regional sabitlik və boğazlarda təhlükəsizliyə ciddi önəm verir

Səudiyyə Ərəbistanı münaqişələrin hərtərəfli və davamlı siyasi və diplomatik yollarla nizamlanmasını, gərginliyin azaldılmasını, regionda yeni böhran və toqquşmaların qarşısının alınmasını dəstəklədiyini təsdiqləyib, Hörmüz və Babülməndəb boğazları ilə yanaşı bütün həyati əhəmiyyətli dəniz keçidlərinin açıq, təhlükəsiz və hər cür təhdiddən uzaq qalmasının vacibliyini vurğulayıb.

25 Avqust 2026 18:31
Səudiyyə Ərəbistanı regional sabitlik və boğazlarda təhlükəsizliyə ciddi önəm verir

Səudiyyə Ərəbistanı münaqişələrin hərtərəfli və davamlı siyasi və diplomatik yollarla nizamlanmasını, gərginliyin azaldılmasını, regionda yeni böhran və toqquşmaların qarşısının alınmasını dəstəklədiyini təsdiqləyib, Hörmüz və Babülməndəb boğazları ilə yanaşı bütün həyati əhəmiyyətli dəniz keçidlərinin açıq, təhlükəsiz və hər cür təhdiddən uzaq qalmasının vacibliyini vurğulayıb.

  • Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı
  • Səudiyyə Ərəbistanı biznes mühitini genişləndirir

ArabAZ xəbər verir ki, bu barədə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin sədrliyi ilə çərşənbə axşamı günü Ciddədə keçirilən Nazirlər Şurasının iclasında bildirilib. İclasda regional və beynəlxalq müstəvidə baş verən hadisələrin gedişatı, Səudiyyə Ərəbistanının gərginliyi azaltmaq, diplomatik həll yollarını dəstəkləmək və dəniz gəmiçiliyinin sərbəstliyini qorumaq istiqamətində davamlı səyləri nəzərdən keçirilib.

Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq Bunu da oxuyun Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

İclasın əvvəlində Nazirlər Şurası Vəliəhd və Baş nazir Şahzadə Məhəmməd bin Salmanın Fransaya səfərini, onun Prezident Emmanuel Makron ilə danışıqlarının iki ölkə arasındakı tarixi əlaqələrin möhkəmliyini təsdiq etməsini, müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki ortaq istəyi, dövlətlərin suverenliyinin qorunması və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında regionda və dünyada sabitliyin bərqərar olmasına, münaqişələrin siyasi və diplomatik yollarla həllinə və təhlükəsizlik təhdidlərinə qarşı mübarizəyə yönəlmiş vahid baxış çərçivəsində əlaqələndirmə və məsləhətləşmələrin davam etdirilməsini yüksək qiymətləndirib.

Tapline-Səudiyyə nefti üçün Aralıq dənizinə yeni-köhnə qapı Bunu da oxuyun Tapline-Səudiyyə nefti üçün Aralıq dənizinə yeni-köhnə qapı

Şura Vəliəhd və Fransa Prezidentinin həmsədrliyi ilə keçirilən Səudiyyə-Fransa Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının nəticələrini, bu çərçivədə müdafiə, səhiyyə, süni intellekt, yeni yaranan texnologiyalar və əyləncə sahələrində yeni təşəbbüslərin, sazişlərin və anlaşma memorandumlarının imzalanmasını alqışlayıb. Həmçinin İnvestisiya Dəyirmi Masası çərçivəsində iki ölkə arasında iqtisadi tərəfdaşlığı inkişaf etdirən, ikitərəfli əlaqələrin artması və "Səudiyyə Vizyonu 2030"un təqdim etdiyi geniş imkanlar fonunda birgə əməkdaşlıq və investisiya üçün yeni üfüqlər açan 21 saziş və anlaşma memorandumunun elan olunmasını məmnuniyyətlə qarşılayıb.

Nazirlər Şurası son günlər ərzində Səudiyyə Ərəbistanı ilə bir sıra qardaş və dost dövlətlər arasında aparılan danışıqların ümumi məzmunu ilə, o cümlədən İki Müqəddəs Ocağın Xadimi və Vəliəhdin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyandan və Böyük Britaniyanın Baş naziri Endi Börnemdən aldıqları iki məktubla tanış olub.

Şura Səudiyyə Ərəbistanı və Yaponiyanın xarici işlər nazirləri arasındakı Strateji Dialoqun üçüncü iclasının nəticələrini, ikitərəfli münasibətlərin davamlı inkişaf etdirilməsi, xüsusilə investisiya, enerji, təbii ehtiyatlar, təchizat zəncirləri, texnologiya, təcrübə və bacarıqların mübadiləsi sahələrində hər iki ölkənin malik olduğu iqtisadi imkanlardan faydalanmaq əzmini qeyd edib.

Yaşar Gülər və Salman müdafiə sahəsində əməkdaşlığı müzakirə edib Bunu da oxuyun Yaşar Gülər və Salman müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Nazirlər Şurası Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi tədbir və fəaliyyətlərlə bağlı bir sıra hesabatları nəzərdən keçirib, 133 ölkədən kişi və qadın iştirakçıların geniş qatılımı ilə keçirilən Quranın qiraəti, hifzi və təfsiri üzrə Kral Əbdüləziz Beynəlxalq Müsabiqəsinin 46-cı buraxılışının qazandığı uğurları yüksək qiymətləndirib.

Şura həmçinin Ər-Riyadda keçirilən birinci və ikinci, Parisdə baş tutan üçüncü buraxılışları ilə Elektron İdman Növləri üzrə Dünya Kubokunun qazandığı nailiyyətləri və uğurları Səudiyyə Ərəbistanının bu sektora davamlı dəstəyinin, idmanın və yaradıcı sahələrin üstünlük, rəqabət və innovasiya çərçivəsində xalqlar və cəmiyyətlər arasında ünsiyyət və yaxınlaşmadakı rolunun gücləndirilməsinin təsdiqi kimi dəyərləndirib.

Nazirlər Şurası gündəliyindəki məsələlərlə, o cümlədən Şura Məclisinin iştirakı ilə araşdırılan mövzularla, Siyasi və Təhlükəsizlik Məsələləri Şurası, İqtisadi Məsələlər və İnkişaf Şurası, Nazirlər Şurasının Ümumi Komitəsi və Nazirlər Şurasının Ekspertlər Heyətinin bu barədə çıxardığı nəticələrlə tanış olub.

Şura Nəqliyyat və Logistika Xidmətləri nazirinə və ya onun səlahiyyətli nümayəndəsinə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş dövriyyədə olan daşıma sənədlərinə dair BMT konvensiyası layihəsini imzalamaq səlahiyyəti verib. Eyni zamanda Səhiyyə nazirinə və ya onun səlahiyyətli nümayəndəsinə Səudiyyə Ərəbistanı və Portuqaliyanın səhiyyə nazirlikləri arasında səhiyyə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu layihəsi üzrə Portuqaliya tərəfi ilə danışıqlar aparmaq və onu imzalamaq səlahiyyəti verilib.

Təhsil nazirinə - Milli Elektron Təhsil Mərkəzinin İdarə Heyətinin sədrinə və ya onun səlahiyyətli nümayəndəsinə Təhsildə Keyfiyyət və Mükəmməllik üzrə Regional Mərkəz ilə elektron təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu layihəsi üzrə danışıqlar aparmaq tapşırılıb.
İnsan Resursları və Sosial İnkişaf nazirinə - Sosial İnkişaf Bankının İdarə Heyətinin sədrinə və ya onun səlahiyyətli nümayəndəsinə bank ilə BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında "Empretec" proqramı çərçivəsində kiçik, orta və yeni yaranan müəssisələrin potensialının artırılması üçün texniki yardım sahəsində əməkdaşlıq sazişi layihəsi üzrə danışıqlar aparmaq və onu imzalamaq səlahiyyəti verilib.

  • Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

Nazirlər Şurası Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsi ilə Kipr və Qambiya respublikalarının audit orqanları arasında mühasibatlıq, nəzarət və peşəkar fəaliyyət sahəsində əməkdaşlığa dair iki anlaşma memorandumunu, habelə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ali Şurasının 44-cü sessiyasının qərarına əlavə edilmiş redaksiyada KƏŞ ölkələrində Könüllü Fəaliyyət üzrə Vahid Qanunu təsdiqləyib.

Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə Bunu da oxuyun Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

Şura Əqli Mülkiyyət üzrə Milli Siyasəti, həmçinin İctimai Yerlərdə və İş Yerlərində İlkin Tibbi Yardım Təhlükəsizliyinin Gücləndirilməsi üzrə Milli Siyasəti təsdiq edib və qərara alıb ki, boş torpaqlar və boş daşınmaz əmlak üzrə rüsum sisteminin müddəalarına tabe olan torpaqların mülkiyyət hüququnu ötürən heç bir daşınmaz əmlak əməliyyatı onlara görə ödənilməli olan rüsumların ödənildiyi yoxlanılmadan sənədləşdirilməsin.

Nazirlər Şurası Ümmül-Qura, Əl-Qasım və Əl-Cəvf universitetlərinin ötən maliyyə illəri üzrə yekun maliyyə hesabatlarını təsdiqləyib, gündəlikdəki bir sıra məsələlər, o cümlədən Mədinə Regionunun İnkişafı Heyətinin, Kiçik və Orta Müəssisələr üzrə Baş İdarənin və Sudan Səmərəli İstifadə və Qənaət üzrə Milli Mərkəzin illik hesabatları ilə bağlı lazımi tapşırıqlar verib, həmçinin 15-ci və 14-cü dərəcələr üzrə vəzifəyə yüksəlişləri təsdiqləyib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Emmanuel Makron #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə Ərəbistanı daxili işlər naziri #ArabAZ #ArabAZ eksklüziv #ArabAZ Analitik Təhlil Mərkəzi #Hörmüz və Babülməndəb #Səudiyyə Ərəbistanı Nazirlər Şurası Ciddə iclası #Kral Salman bin Əbdüləziz hökumət qərarları #Şahzadə Məhəmməd bin Salman Fransa səfəri #Saudi Cabinet meeting Jeddah King Salman decisions #Strait of Hormuz and Bab el Mandeb maritime security #Chaired by King Salman: Saudi Cabinet affirms diplomatic path for regional conflicts

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq

16:03
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb

15:16
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Səudiyyə Ərəbistanı

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib

14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Səudiyyə Ərəbistanı

Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb

14:00

Son Xəbərlər

Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.