9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Şimali Kipr
Şimali Kipr

Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyi, Norveç hökumətinin 65 ildən artıq müddətdir Cənubi Kipr Yunan Administrasiyasına (GKRY) tətbiq etdiyi silah embarqosunu ləğv etməsinə sərt reaksiya verib.

9 Noyabr 2025 04:00
Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyi, Norveç hökumətinin 65 ildən artıq müddətdir Cənubi Kipr Yunan Administrasiyasına (GKRY) tətbiq etdiyi silah embarqosunu ləğv etməsinə sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Nazirliyin yazılı açıqlamasında Norveç Parlamentinin 1959-cu ildə qəbul etdiyi qanuna əsasən, daxili qarşıdurma yaşayan və ya münaqişə riski olan ölkələrə silah satışının qadağan edildiyi xatırladılıb. Məhz bu çərçivədə GKRY-yə qarşı illərdir qüvvədə olan qadağanın, Norveç Xarici İşlər naziri Espen Barth Eide tərəfindən 7 noyabr 2025-ci ildə GKRY lideri Nikos Hristodulidislə aparılan birbaşa əlaqə nəticəsində qaldırıldığı bildirilib.

ŞKTR XİN vurğulayıb ki, Norveçin ənənəvi olaraq “sülh mərkəzli” xarici siyasəti ilə ziddiyyət təşkil edən bu addım, Şərqi Aralıq dənizində onsuz da gərgin olan balansı daha da pozur.

“Norveç hökumətinin Cənubi Kipr tərəfinin silahlanmasına yol açan bu qərarı, bölgədəki həssas tarazlığa ciddi zərbə vurur və regional sabitliyə töhfə verməkdən son dərəcə uzaqdır.”

Açıqlamada bildirilib ki, ada üzərində ədalətli və davamlı sülh yalnız iki xalqın bərabər hüquqlarının tanınması və qarşılıqlı güvən mühitinin təmin edilməsi ilə mümkündür. Bu kimi birtərəfli addımlar isə həmin məqsədə çatmağı çətinləşdirir.

“Bu qərar, Kipr rum rəhbərliyinin təxribatçı fəaliyyətlərini təşviq edir, silahlanma meyillərinə xidmət edir və mövcud vəziyyəti təhlükəyə atır.”-deyə açıqlamada bildirilib.

ŞKTR hökuməti Norveç rəhbərliyini bu addımı geri çəkməyə, Kipr reallıqlarına əsaslanan, regional sülh və təhlükəsizliyi dəstəkləyən mövqe nümayiş etdirməyə çağırıb. Açıqlamada həmçinin qeyd olunub ki, Şimali Kipr bu prosesdə Türkiyə ilə birgə zəruri addımlar atmaqda davam edəcək.

Məqalədə: #Şərqi Aralıq dənizi #Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyi #Norveç Parlamenti #Cənubi Kipr Yunan Administrasiyası (GKRY) #Norveç Xarici İşlər Nazirliyi #Espen Barth Eide #Nikos Hristodulidis #------

Mövzu üzrə digər xəbərlər

BMT-nin Kiprin minalardan təmizlənməsi təklifini yunan tərəfi rədd etdi - Ərhürman
Şimali Kipr

BMT-nin Kiprin minalardan təmizlənməsi təklifini yunan tərəfi rədd etdi - Ərhürman

7 Avqust 09:36
Şimali Kipr BMT-yə etiraz edib - İcazəsiz fəaliyyət qəbuledilməzdir
Şimali Kipr

Şimali Kipr BMT-yə etiraz edib - İcazəsiz fəaliyyət qəbuledilməzdir

12 İyun 10:22
“Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib
Türkiyə

“Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib

16 May 18:00
ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman
Türk Dövlətləri

ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman

18 Aprel 19:04

Son Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.