11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səbinə Əliyeva beynəlxalq tədbirdə Azərbaycanın üzləşdiyi mina problemindən danışıb

30 Yanvar 2024 16:12
Səbinə Əliyeva beynəlxalq tədbirdə Azərbaycanın üzləşdiyi mina problemindən danışıb

Bakı, AzerVoice:

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Pakistanda keçirilən 10-cu iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzerVoice-a bildiriblər ki, Pakistanın Federal Vergi Ombudsmanının ev sahibliyi etdiyi, Türkiyə, Mərakeş, İndoneziya, Bəhreyn və Bolqarıstan ombudsmanlarının təmsil olunduğu tədbirdə çıxış edən S.Əliyeva silahlı münaqişələrin və təbii fəlakətlərin artması nəticəsində insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi problemlərin yarandığını diqqətə çatdırıb.

O, insanların fundamental hüquqlarının kobud şəkildə pozulduğunu, məcburi miqrasiyanın artdığını qeyd edib.

Ombudsman bu hadisələr fonunda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində təşəbbüslərin zəiflədiyini bildirib, həmin çağırışların təşviqində milli insan hüquqları institutlarının mühüm rolunu vurğulayıb.

O, işğal və hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən də danışıb. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə torpaqlarımızda törədilmiş ekoloji terror aktlarından bəhs edərək, azad olunmuş ərazilərimizdəki mövcud mina problemini iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədilə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib.

S.Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçiriləcəyini, bununla bağlı qərarın ölkəmizə böyük etimadın və hörmətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

O, bu mövzuda İƏT ölkələrinin Ombudsman təsisatlarının iştirakı ilə birgə tədbirin təşkil olunmasını təklif edib, bu görüşün ətraf mühitin mühafizəsi və təbliğat sahəsində müsbət təcrübələrin mübadiləsi üçün imkanlar yaradacağını bildirib.

İclasda İƏT OA üzvləri arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, Assosiasiyanın beynəlxalq forumlarda təmsil olunmasının vacibliyi vurğulanıb.

Səbinə Əliyeva beynəlxalq tədbirdə Azərbaycanın üzləşdiyi mina problemindən danışıb Səbinə Əliyeva beynəlxalq tədbirdə Azərbaycanın üzləşdiyi mina problemindən danışıb
Məqalədə: #Azərbaycan #BMT #Səbinə Əliyeva #COP29 #Hindistan

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.