8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Türkiyədə keçirilən 41-ci Beynəlxalq İstanbul Fuarında Fəxri Qonaq statusunda təmsil olunur. Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ayrılmış stenddə öz nəşrlərini sərgiləyir, həmçinin bir sıra tədbirlər təşkil edir

15 Noyabr 2024 11:28
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib

Bakı, AzerVoice

Bildiyiniz kimi bu il Azərbaycan Türkiyədə keçirilən 41-ci Beynəlxalq İstanbul Fuarında Fəxri Qonaq statusunda təmsil olunur. Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ayrılmış stenddə öz nəşrlərini sərgiləyir, həmçinin bir sıra tədbirlər təşkil edir. Fondun təşkil etdiyi növbəti tədbir beynəlxalq təşkilatın nəşr etdiyi görkəmli türk mütəffəkkiri Süleyman Çələbinin alman və türk dillərində işıq üzü görən “Mövlud” kitabının təqdimat mərasimi olub.

Əsrlərdir ki, türk dünyasında ən çox oxunan kitablardan biri olan, bu gün də mövludnamələr içərisində ən çox istinad edilən əsas mənbələrdən sayılan Süleyman Çələbinin “Mövlud” kitabının təqdimat mərasimi İstanbul Kitab Sərgisində ziyarətçilərin böyük marağına səbəb olub. Təqdimat mərasimini Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn açaraq Fondun beynəlxalq müstəvidə ciddi əhəmiyyət daşıyan layihələrindən, mədəni irsin qorunması, o cümlədən türk xlaqlarının mədəniyyətlərinin dünya müstəvisində tanıdılması, həmçinin Fondun təsis etdiyi üç kitab seriyası – “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının ədəbi inciləri” haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib. F.Hüseynov türk dünyasının dahi şəxsiyyətlərinin həm doğum, həm də anım illərinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılaraq onların həyat və yaradıcılığı barədə danışıb, həmçinin yaradıcı irslərinin dünyada təbliği yönündə Fondun gördüyü çoxsaylı işləri diqqətə çatdırıb. Süleyman Çələbinin “Mövlud” kitabının da Fond tərəfindən 2022-ci ildə – görkəmli sənətkarın “Anma ili” çərçivəsində, vəfatının 600 illiyində yayımlandığını vurğulayıb.

Daha sonra kitabın alman dilindəki nəşrinin redaktoru, tanınmış yazar Orxan Aras Süleyman Çələbinin şəxsiyyəti, həyatı və əsərləri haqqında tədbir iştirakçılarına məlumat verərək, Türk Mədəniyyəti və İrsi Fondunun Aşıq Veysəl, Ömər Seyfəddin və digər klassiklərin əsərlərini alman dilinə nəşr etdirərək dünyada təbliğ etməsini türk irinin bütün cahana yayılması baxımından yüksək qiymətləndirdiyini bildirib.

Tədbirin yekununda gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəvan Cavid “Mövlud” əsərinin mahiyyəti haqqında dinləyicilərə məlumat verərək Türk Mədəniyyəti və İrsi Fonduna bu cür dəyərli əsərlərin beynəlxalq aləmdə təbliğindəki rolundan dolayı təşəkkürünü bildirib.

Sonda oxucularla xatirə şəkili çəkilib və sərgi ziyarətçilərinə Fond adından Süleyman Çələbinin “Mövlud” kitabı hədiyyə edilib.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.