7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ağcabədidə Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

13 May 2024 15:18
Ağcabədidə Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

Bakı. AzerVoice:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ağcabədi rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.

AzerVoice xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Ardınca Firad Əliyev, Ağdam hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elnur Kərimov, polkovnik Gülməmməd Rzayev, polkovnik-leytenant Mehman Ədilov, hüquq müdafiəçisi Ceyhun İbrahimov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünya şöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, vətənpərvər dahinin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasəti yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.

Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin, ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb, nümunəvi xidməti ilə fərqlənənlərə hədiyyələr təqdim edilib.

Eyni zamanda, xidmətə yeni başlayan hərbi qulluqçuların andiçmə mərasimi keçirilib.

Sonda ağaclar əkilib.

Ağcabədidə Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib
Məqalədə: #Müdafiə Nazirliyi #Hərbi Prokurorluq

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Cəmiyyət

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

16 Avqust 15:23
Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib
Cəmiyyət

Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib

5 Avqust 10:50

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.