5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini yerinə yetirirlər

12 İyun 2024 11:12
Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər

Bakı. AzerVoice:

Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc mövsümü başlayıb.

AzerVoice xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc ziyarətində iştirakı təmin edilib.

Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Azərbaycandan bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.

Həcc ziyarəti üçün Azərbaycandan zəvvarlar iyunun 4-dən 10-dək qruplarla mərhələli şəkildə Məkkəyə yola düşüblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Trend-ə müsahibəsində bildirib ki, Həcc ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun 1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti ilə yekunlaşdırılması nəzərdə tutulur.

B.Nəcəfovun açıqlamasına görə, iyunun 23-dən Azərbaycanın Həcc missiyası Məkkədən Mədinə şəhərinə transfer edəcək. Azərbaycanlı zəvvarların Mədinədə də 3 hoteldə yerləşdirilməsi nəzərdə tutulub. İyunun 26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışı başlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycana qayıdacaq.

Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə yetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlara bələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həcc əməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət edirlər.

Bəxtiyar Nəcəfov bildirib ki, azərbaycanlı zəvvarlar təməttüh Həccinin Ümrə ziyarətini yerinə yetiriblər, 13 - 15 iyunda isə Həccin vacib əməllərinə başlanılacaq.

B.Nəcəfov onu da qeyd edib ki, azərbaycanlı zəvvarlar Məkkədə üç hotelə yerləşdiriliblər. Onların Həcc ayinlərini yerinə yetirmələri, bir məntəqədən digərinə hərəkət etmələri, müvafiq nəqliyyatlar ayrılması təmin edilir, həmçinin, zəvvarların səhhətlərin qaydasında olmasına da diqqət edilir. Bunun üçün azərbaycanlı zəvvarların olduğu hotellərdə həkim qrupları fəaliyyət göstərir.

QMİ-nin sədr müavininin sözlərinə görə, səhhətindən şikayəti olan zəvvarlar həmin həkimlərə müraciət edir və onlara ilkin tibbi yardım edilir. Lakin sağlıq durumunda ciddi problemi olan və ya səhhətinə görə ziyarətini dayandırmaq məcburiyyətində qalan zəvvar yoxdur.

Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər Azərbaycanlı zəvvarlar  Həcc ziyarətini yerinə yetirirlər
Məqalədə: #Qafqaz Müsəlmanları İdarəsi #Məkkə #Həcc ziyarəti

Mövzu üzrə digər xəbərlər

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat
Suriya

Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

21 Avqust 06:22
Hər birimizin bir İsmayılı var - Məkkə zəvvarlarının hekayələri yeni romanda
BookHub: Kitab təhlilləri və xülasələr

Hər birimizin bir İsmayılı var - Məkkə zəvvarlarının hekayələri yeni romanda

16 Avqust 08:18
Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?
Səudiyyə Ərəbistanı

Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?

15 Avqust 22:54

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.