7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

28 İyun 2024 09:41
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

Bakı,  VOA

VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi dəyişib.

VOA  xəbər verir ki, parlamentin bugünkü iclasının gündəliyinə "Bədən tərbiyəsi və idman haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib.

Bununla da VI çağırış üzrə bugünkü sonuncu plenar iclasda gündəliyə təklif olunan məsələlərin sayı 15-ə çatıb.

Həmin məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.

2. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.

3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. Vergi Məcəlləsinə, "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Gömrük tarifi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. Ailə Məcəlləsinə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. orpaq Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "İşsizlikdən sığorta haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

9. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

10. Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

11. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

12. "Auditor xidməti haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

13. "Lisenziyalar və icazələr haqqında" qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi.

14. "Bədən tərbiyəsi və idman haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

15. "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

Qeyd edək ki, sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.

Məqalədə: #Milli Məclis #plenum iclası

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23
Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb
Siyasət

Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

29 İyul 18:39

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.