8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gündəlik Tərz: Rahatlıqla Şıqlığı Necə Birləşdirmək Olar?

2 Sentyabr 2024 15:18
Gündəlik Tərz: Rahatlıqla Şıqlığı Necə Birləşdirmək Olar?

Bakı,AzerVoice / Stilist Ayaz Este

Gündəlik tərz deyəndə, çoxlarımızın göz önünə sadə, rahat və bir qədər də tələsik seçilmiş geyimlər gəlir. Hər iki cinsin nümayəndəsi üçün tərz, xarakterini əks etdirən bir yöntəm ola bilər. Qeyd edim ki, tərz yaratmaq sadəcə bahalı geyimlər və dəbdəbəli aksessuarlarla məhdudlaşmır. Həyatın tələsik ritmində, stilinizi necə qoruyub saxlamaq olar? Gəlin, gündəlik tərzinizdə şıqlığı və funksionallığı birləşdirməyin yollarını birlikdə araşdıraq.

Bir çoxumuz gündəlik geyim seçimlərimizi edərkən sadəliyi və rahatlığı üstün tuturuq. Bunun səbəbi aydındır: işləmək, görüşlərə qatılmaq və ya sadəcə dostlarla vaxt keçirmək - bütün bu fəaliyyətlər rahat və funksional geyim tələb edir. Amma bəs stil? Stil təkcə özünüzü yaxşı hiss etdiyiniz deyil, eyni zamanda ətrafdakıların diqqətini çəkdiyiniz bir tərzdə ola bilər. Bunun üçün ilk addım, qarderobunuzda olan əsas geyimlərdən başlamaqdır.

Hər birimizin qarderobunda klassik, neytral rənglərdə olan əsas geyimlər var. Ağ köynək, qara şalvar, cins şalvar və sadə paltar - bu parçalar tərzinizi yaratmaq üçün mükəmməl əsasdır. Bu geyimlər yalnız gündəlik işləriniz üçün deyil, həm də xüsusi hallarda kombinasiya olunaraq fərqli tərz yarada bilər. Məsələn, ağ köynəyi cins şalvarla üstəlik klassik pencəklə birləşdirərək həm iş yerində, həm də axşam görüşlərində şıqlığınızı göstərə bilərsiniz.

Əlavə olaraq tərzinizi canlandırmaq üçün qat-qat geyim seçimi həm rahat, həm də funksionaldır. Bir neçə qat geyim, sizin tərzinizi dəyişdirərək monotonluqdan xilas edə bilər. Məsələn, isti havalarda ağ tişört üzərindən, nazik kətan, pambıq uzunqol köynək geyinərək yaxud biraz sərin havalarda incə bir sviteri sadə bir köynəklə birləşdirərək tərzinizi tamamlayın. Bu, təkcə şıqlıq deyil, həm də funksionallıq baxımından ideal seçimdir.

Aksessuarlar da gündəlik tərzinizin vacib hissəsidir. Sadə bir saat, dəri çanta, ya da fərqli bir şal ilə tərzinizi vurğulaya bilərsiniz. Burada diqqət etməli olduğunuz məqam, aksessuarların sadəliyi və tərzinizi tamamlamasıdır. Həddindən artıq aksessuar sizin tərzinizi qarışdıraraq, onu dağınıq göstərə bilər.

Sadə geyimləri daha da canlandırmaq üçün rənglər və naxışlardan istifadə edə bilərsiniz. Neytral rənglərdən ibarət olan əsas geyimləri, rəngli aksessuarlar və ya fərqli naxışlarda olan parçalarla birləşdirərək tərzinizə dinamika qatın. Bu, həm də sizin fərdiliyinizin bir ifadəsi olacaq. Məsələn, sadə bir ağ köynəyi rəngli bir jaket və ya maraqlı naxışlı bir şal ilə tamamlayın.

Bəzən az daha çoxdur. Həddindən artıq detal və ya aksessuarlarla dolu bir tərz, diqqəti yayındıra bilər. Sadəlik isə hər zaman zərif və cəlbedicidir. Əsas geyimlər və bir neçə yaxşı seçilmiş aksessuarla gündəlik tərzinizi həm şıq, həm də funksional saxlaya bilərsiniz.

Stil yaratmaq bir sənətdir və bu sənət hər gün özünüzə göstərdiyiniz diqqətdən ibarətdir. Hər biriniz, sadə amma təsirli bir tərz yaratmaqla gündəlik həyatınızda özünüzü daha güvənli və komfortlu hiss edə bilərsiniz.

Gündəlik Tərz: Rahatlıqla Şıqlığı Necə Birləşdirmək Olar?
Məqalədə: #Ayaz Este

Mövzu üzrə digər xəbərlər

Papaq sadəcə bir geyim deyil -  bu, kimliyin özüdür
Cəmiyyət

Papaq sadəcə bir geyim deyil - bu, kimliyin özüdür

7 Aprel 10:30
Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?
Cəmiyyət

Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?

6 Fevral 12:08
Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları
Cəmiyyət

Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları

26 Yanvar 13:22
Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este
Cəmiyyət

Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este

6 May 2025 16:58

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.