8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

14 Sentyabr 2024 07:20
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

Bakı. AzerVoice

“Bakı KOB evi”ndə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilmiş iclasda “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2024-cü ilin ötən dövrü üzrə Fəaliyyət Planının icrası istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda KOBİA tərəfindən məlumat verilib ki, Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikatoru üzrə Azərbaycana dair məlumatın əks olunması məqsədilə zəruri işlər görülüb. Həmçinin, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Dünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib. İşçi qrupunun bir hissəsi olan Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə milli ESG standartının hazırlanması istiqamətində tədbirlər görülür. Sözügedən standartın qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

İclasda həmçinin Qlobal İnnovasiya İndeksinin “Ekoloji performans” indikatoru və İqtisadi Azadlıq İndeksinin “İnvestisiya azadlığı” indikatorları üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər və digər cari məsələlər müzakirə edilib.

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib
Məqalədə: #Kobia

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.