7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

COP29-un növbəti tərəfdaşı Rhenus Group şirkəti oldu

17 Sentyabr 2024 14:43
COP29-un növbəti tərəfdaşı Rhenus Group şirkəti oldu

Bakı, AzerVoice

Baş ofisi Almaniyada yerləşən qlobal logistika təchizatçısı “Rhenus Group” şirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin rəsmi logistika üzrə tərəfdaşı olacaq. Bu isə “Rhenus Group” şirkətinin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

AzerVoice xəbər verir ki, logistika sahəsində dünya üzrə aparıcı şirkətlərdən biri olan “Rhenus Group” Bakıda keçiriləcək COP29 tədbirinin logistika məsələləri üzrə rəsmi tərəfdaşı təyin edilib.

Şirkət bütün təchizat proseslərinin, yəni malların müxtəlif nəqliyyat növləri ilə qitələrarası daşınması, gömrük rəsmiləşdirilməsi, eləcə də anbar və təyinat məntəqələrinə çatdırılması üzrə əməliyyatların maneəsiz, prosedurların isə effektiv olmasını təmin etmək üçün öz təcrübəsi və qlobal şəbəkəsi ilə yanaşı, yerli tərəfdaşlıqlardan da istifadə edəcək. Genişmiqyaslı tədbirlərin logistika məsələlərinin idarə edilməsi üzrə zəngin təcrübəyə malik olan “Rhenus Group” şirkəti təchizat əməliyyatlarının problemsiz olmasını təmin edəcək. İştirakçıların logistika ehtiyaclarını əvvəldən axıra kimi qarşılamaq üçün şirkətin əməliyyatları yerində xidmət göstərən mütəxəssislər qrupu tərəfindən də dəstəklənəcəkdir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşların elan edilməsi ilə bağlı bunları bildirib: “Böyük məmnuniyyətlə bildirirəm ki, “Rhenus Group” şirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin rəsmi logistika tərəfdaşı təyin edilib. Bu şirkətin uzunmüddətli təcrübəsi və dayanıqlılıq əzmi, eləcə də elektrikli yük və anbar maşınları tədbir üçün səmərəli və ekoloji təmiz logistikanı təmin edəcək. İqlim fəaliyyətini və qlobal əməkdaşlığı inkişaf etdirmək üçün “Rhenus Group” şirkəti ilə əməkdaşlıq edəcəyimizi səbirsizliklə gözləyirik.

“Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartz COP29-un tərəfdaşı olduqlarını bəyan edərkən bildirib ki: “Biz öz geniş təcrübəmizlə belə əlamətdar tədbirə töhfə verməkdən qürur duyuruq. COP29 tədbiri iqlim baxımından neytral cəmiyyətin və beləliklə də növbəti nəsillər üçün yaşıl gələcəyin formalaşdırılmasında mühüm rol oynayır”.

Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq hələ də mümkündür. Yaşıl Zona haqqında daha ətraflı məlumat üçün: COP29 Yaşıl Zona | 11 - 22 noyabr 2024

COP29-un növbəti tərəfdaşı Rhenus Group şirkəti oldu
Məqalədə: #COP-29

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir
Siyasət

Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

4 Dekabr 2025 18:24
Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub

20 Avqust 2025 15:29
Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq - Ceyhun Bayramov
Siyasət

Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq - Ceyhun Bayramov

24 İyul 2025 14:10
"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev
İqtisadiyyat

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev

16 Noyabr 2024 10:25

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.