6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda beynəlxalq logistika konfransı keçirilib

18 Sentyabr 2024 17:28
Bakıda beynəlxalq logistika konfransı keçirilib

Bakı, AzerVoice


Bakı şəhərində " Qara dəniz-Xəzər logistika 2024: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransı keçirilib.

 AzerVoice xəbər verir ki, konfrans çərçivəsində əsas müzakirə mövzuları aşağıdakılardır:

- Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün yeni imkanlar,

- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit məkanı kimi potensialı,

- Qazaxıstan və Gürcüstan üzərindən tranzit, nəqliyyat marşrutunun həyati əhəmiyyəti,

- Türkiyənin logistika infrastrukturunun inkişafı,

- Qazaxıstan və Ukraynadan taxıl və yağ bitkilərin ixracı,

- gübrələrin idxalı: əsas tədarükçülər və marşrutlar,

- yük axınının artmasında konteynerləşdirmə faktoru,

- regiondakı dəniz limanlarının və terminalların inkişafı; yeni yüklərə uyğunlaşma,

- hüquqi məsələlərdə yeni tendensiyalar və risklərin sığortalanması.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov qeyd edib ki, Azərbaycan Dəmir Yolları (ADY) və Çin Avropaya dəmir yolu xidmətlərinin sayını artırmağı müzakirə edir.

"Bilirsiniz ki, son bir ildə Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin texniki xidmət məsələləri ilə məşğul olmuşuq. Biz əsas əməliyyat və təmir aspektlərinə fokuslanaraq, işləri başa çatdırdıq və 2024-cü ilin iyunundan etibarən fəaliyyət göstərən əsas əlaqə bərpa edilib. Bunun sayəsində xəttin ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib", – o qeyd edib.

Onun sözlərinə görə, indiki dövrdə BTQ Mərkəzi Asiya ölkələrindən Avropaya və ya Afrikaya yük daşımaları üçün ən qısa və ən rahat marşrutdur.

"Türkiyənin Azərbaycan və ya Mərkəzi Asiya regionu arasındakı əlaqələr baxımından bu, ən qısa quru marşrutdur ki, yalnız ənənəvi yük daşımaları deyil, eyni zamanda, kontinental dəmir yolu tədarükünü də mümkün edir. Həmçinin, biz çinli tərəfdaşlarımızla Avropaya dəmiryolu marşrutlarının sayını artırmağı müzakirə edirik ki, bu da Çinin Avropa bazarına çıxması üçün əlavə imkan yaradacaq", – o əlavə edib.

Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib Bakıda beynəlxalq logistika konfransı keçirilib
Məqalədə: #Qara dəniz-Xəzər logistika 2024

Mövzu üzrə digər xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Hadisə

Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub

07:22
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.