9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib

25 Sentyabr 2024 15:16
Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib

Bakı, AzerVoice

23-26 sentyabr 2024-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astanada təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində nəşr olunan “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.

AzerVoice xəbər verir ki , Azərbaycanın böyük şairi, Türk ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 22 qəzəli və 6 qəsidəsindən - 530 beytdən ibarət kitab bu il ustadın 530 illik yubileyinə həsr olunub. Fond tərəfindən kitabın yayımlanmasında məqsəd böyük şairin irsinin Qazaxıstanda daha artıq təbliği, eləcə də Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin dərinləşməsinə töhfə verməkdir. Layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovadır.

Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Kitabın təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, cari ilin 25 yanvarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı tarixi Sərəncamı Füzuli irsinin tədqiqi və təbliği yönündə yeni imkanlar yaradır.

Aktotı Raimkulova bu tipli nəşrlərin türk dillərinin inteqrasiyası baxımından əhəmiyyət daşıdığını vurğulayaraq, qeyd edib: “Biz klassiklərimizin əsərlərinə, onların ruhuna, dönə-dönə qayıtmalı və milli kimliyimizi qarşılıqlı olaraq əxz etməliyik”.

Tədbirin bədii hissəsində Azərbaycanlı qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Azərbaycanlı xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub.

Qiraətçiləri Azərbaycanın Əməkdar artisti Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.

Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin yubileyinə həsr edilmiş “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib
Məqalədə: #Qazaxıstan #Türk Mədəniyyəti və İrsi Fondu #Məhəmməd Füzuli

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

"Qatar Airways" səyahət bildirişi yaydı: Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
"Qatar Airways" səyahət bildirişi yaydı: Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.