9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

28 Sentyabr 2024 03:43
Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Bakı. AzerVoice

Dövlət İmtahan Mərkəzi gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqladı.

AzerVoice xəbər verir ki, 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)

Qeyd edilib ki, ümumi bir prinsipə istinad edilərək, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlara eyni olan mövzular daxil edilmişdir (bəzi istisnalar nəzərə alınmaqla “Qeyd 4”, “Qeyd 5”).

9-cu siniflər üçün “Ümumi tarix” və “Azərbaycan tarixi” dərsliklərinin yeni nəşrlərində bir sıra mövzuların adları dərsliklərin əvvəlki nəşrləri ilə eynilik təşkil etsə də, məzmunda fərqlər var. Bunlar nəzərə alınaraq, imtahanlarda həmin mövzulara aid üst-üstə düşən məlumatlardan istifadə ediləcək (Azərbaycan və rus dillərində).

“2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna dair materialla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq olar.

“2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”

“Антитеррористические мероприятия локального характера в Карабахском регионе Азербайджанской армии 19-20 сентября 2023 года”

Ötən tədris ilindən ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

  • Fizika (Azərbaycan bölməsi)
  • Fizika (Rus bölməsi)
  • Biologiya (Azərbaycan bölməsi)
  • Biologiya (Rus bölməsi)

Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7-ci, coğrafiya fənnindən isə 6-cı siniflərdə istifadəyə verilmiş dərsliklər yeni kurikulum əsasında hazırlanmışdır. Bu dərsliklər məzmun, yeni terminlərin verilməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Bunlar nəzərə alınaraq, qəbul proqramlarında həmin siniflərə aid mövzuların materiallarında dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar.

  • Fizika (Azərbaycan bölməsi)
  • Fizika (Rus bölməsi)
  • Biologiya (Azərbaycan bölməsi)
  • Biologiya (Rus bölməsi)
  • Kimya (Azərbaycan bölməsi)
  • Kimya (rus bölməsi)
  • Coğrafiya (Azərbaycan bölməsi)
  • Coğrafiya (Rus bölməsi)
  • Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Ədəbiyyat üzrə qəbul imtahanlarında bu əsərlər üzrə test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Məqalədə: #Dövlət İmtahan Mərkəzi (DİM)

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.