8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub

4 Oktyabr 2024 17:03
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub

Bakı, AzerVoice

Bakıda görkəmli Qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin Azərbaycan dilində çap olunan “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib.

AzerVoice xəbər verir ki, kitabın nəşri Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub. Təqdimat 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Prezidentinin Müşaviri Malik Otarbayev, Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycan Parlamentinin deputatları, dövlət strukturlarının nümayəndələri, yaradıcı ziyalılar və digərləri iştirak ediblər.

Aktotı Raimkulovanın sözlərinə görə, Türk Dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığının təşviqi Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fond “Türk dünyasının dahi şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kimi kitab seriyaları tərtib edib.

“Dahi Qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin “Türk dünyasının inciləri” silsiləsindən olan “Xüsusi tapşırıq” kitabı Fondun növbəti nəşridir. Kemel Tokayev türk ədəbiyyatının və söz yaradıcılığının inkişafına böyük töhfələr verib. Yazıçılıqdan başqa o, jurnalistika ilə də məşğul idi və Qazaxıstanın vacib mədəniyyət və sosial problemləri işıqlandırırdı”, - deyə, Aktotı Raimkulova qeyd edib.

Malik Otarbayev Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev adından qonaqları salamladı. Öz çıxışında o, Kemel Tokayevin qazax ədəbiyyatında detektiv janrının əsasını qoyan yazıçı olduğunu qeyd edib.

“O, hər bir əsərini arxiv məlumatlar əsasında yazırdı. O, zamanın ruhunu əks etdirib və tarixdə unudulmaz izini qoyub”, - deyə, Müşavir bildirib.

Malik Otarbayevin sözlərinə görə, Azərbaycan dilinə tərcümə olunan əsərinin Bakı sakinləri üçün kitab sərgisində təqdimatı böyük önəm daşıyır. Müəllif tərəfindən yazılan hər bir əsər gələcək nəsillərə ötürülən irsdir.

Azərbaycanın xalq yazıçısı Anar Rzayev Qazaxıstana olan sevgisini, və bu sevginin onu dahi yazıçı Abay haqqında məqalə yazmağa ilham etdiyini etiraf etdi. Qardaş qazax xalqına olan sevgisini qeyd edərək, yazıçı Kemel Tokayevin yaradıcılığına olan böyük ehtiramını da izhar edib.

Tanınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev bu əsərin Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni və ədəbi əlaqələrinin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyini və oxucular tərəfindən böyük maraqla qəbul olunacağını vurğulayıb. Detektiv janrının yazıçısı olan Ç. Abdullayev Kemel Tokayevin olduqca mürəkkəb və maraqlı taleyindən sarsıldığını vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Kemel Tokayevin kitabının Azərbaycan dilində nəşri oxuculara qazax ədəbiyyatının xadiminin yaradıcılığı ilə daha yaxın tanış olmağa imkan yaracaq.

Azərbaycanda Atatürk Mərkəzinin Direktoru, akademik Nizami Cəfərov kitabla bağlı öz düşüncələri ilə bölüşüb.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin Sədri Fazil Mustafa Kemel Tokayevin yaradıcılığından söz açarkən, bu cür tədbirlərin ənənəyə çevrilməsinin vacibliyini vurğulayıb.

Nəşrin tərcüməçisi Rəbiqə Nazimqızı, redaktoru Əkbər Qoşalıdır.

Qeyd etmək lazımdır ki, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri də Türk dünyasının zəngin irsini və çoxəsrlik tarixini beynəlxalq aləmdə tanıtmaq və gələcək nəsillərə ötürmək məqsədilə Türk dünyasının görkəmli yazıçılarının kitablarının müxtəlif türk dillərində çap olunmasıdır. Təqdimat iştirakçıları həmçinin Kemel Tokayevin əsərlərinin yüksək bədii dəyərini qeyd ediblər.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Xüsusi tapşırıq” kitabının təqdimatı olub
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.